Kreslo (pritça)

Günlərin bir günü 3 “dənə” altılıq rəqəm qrupu yaratdılar. Onlara müəyyən qədər pul verdilər. I qrupda rəhbər (6cı) dərhal pulun hamısını sərf edib özünə dəbdəbəli “kreslo” hazırladır. II qrupdakı 6cı da I qrupdakı 6cı kimi eləyir. III qrupda isə digər 5`i düşünən 6cı altı “kreslo” birdən hazırlatdırır. Bu biraz gec olur. Amma sonradan pul qazanaraq öz “kreslo”sunu dəbdəbəli etdi.
Bir müddət sonra I qrupda ayaq üstə dayanmaqdan bezmiş, yorulmuş, ayaqları ağrayan 5`lər öz 6cı rəhbərini öldürüdülər və “say”ları azaldı. Rəhbərin “kreslo”sunu satıb hərəyə bir sınıq-salxaq “kreslo” aldılar.
II qrupda isə “5”lər “6”ya qarşı çıxmağa cəsarət eləmədilər və ayaq üstə ayaq ağrısından öldülər.
Son nəticədə hamı öldü: Kimi “dəbdəbəli” “kreslo”da, kimi “dəbdəbəsiz” “kreslo”da, kimi də ayaq üstə.

P.S. bu cızmaqarada kreslo, rəqəm, 5, 6cı, dənə, ayaq üstündə, ayaq ağrısı və s. tipli sözlər öz həqiqi mənasında deyil…
Davamı →