Elektron seçki nədir?

Demokratik cəmiyyətin ən vacib elementlərindən biri seçkidir. Bir çox ölkələr seçki üçün daha sistematik, asan və ucuz yeni sistem yaratmışlar. Yeni seçki sistemi vətəndaşların seçkilərə qatılma faizini artırır və ölkənin vətəndaşlar tərəfindən idarəedildiyini əks etdirir. Məqalədə informasiya kommunikasiya vasitlərinin seçki sistemində tətbiqi və onun gətirdiyi üstünlüklər araşdırılmışdır. Bundan əlavə elektron seçki texnologiyasının xüsusiyyətləri şərh edilmiş bu sahədəki problemlər, saxtakarlıqlar və dünya təcrübəsi təhlil edilmişdir.votting

Seçki dövlətin əsas elementlərindən biridir. Ölkədə seçki sisteminin olması demokratiyanın mövcudluğundan xəbər verir. Seçkilər vətəndaşda dövlətə qarşı inam yaradır. O, demokratiyanın ayrılmaz və zəruri bir hissəsi kimi çıxış edir. ABŞ-ın keçmiş prezidenti Con Kennedi vətəndaşların maariflənmiş, məlumatlı seçici olmasını önəmli amillərdən sayırdı. O deyirdi: “Demokratik cəmiyyətdə bir nəfər seçicinin belə məsələlərdən xəbərsiz qalıb seçim etməsi hamının təhlükəsizliyinə ziyan vurur”. 
Seçicilər bəzən uzun növbələrdə iştirak edib zaman itirməmələri üçün, prosesin əllə aparıldığını nəzərə alaraq, inam hissinin olmaması kimi problemlər üzündən seçki prosesindən kənarda qalırlar. Seçicilərin artıq vaxt itirmələrini, seçki prosesində iştirak edən müşahidəçilərə, mütəxəssislərə, həmçinin seçki bülletenlərinə çəkilən maliyyə xərclərini də nəzərə aldıqda, daha səmərəli, iqtisadi cəhətdən daha sərfəli olan bir sistemin meydana çıxması zərurəti yaranır. Daha səmərəli, daha inamlı bir seçki sistemi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə ehtiyac yaranır. Seçkilərdə İKT-nın tətbiqi onun nəticələrinin qısa zaman ərzində hesablanıb elan edilməsinə, maliyyə vəsaitlərinin qənaətinə və seçki sisteminin şəffaflaşmasına səbəb olur. Seçki sisteminin elektronlaşdırılması elektron dövlət formasının tərkib hissəsi sayılır.


Ardı →