Uşaqlara maliyyə savadlılığını öyrədən oyunlar

Uşağın maliyyə həyatı ilk cib xərcliyi ilə başlayır. Moneykids.ru portalının ekspertləri uşaqlara nominalına görə pulları ayırd etməyi və mağazada alış-veriş etməyi öyrədən 3 əsas oyunu seçib. Övladınızın artıq 5 yaşı tamam olubsa onunla bu maliyyə savadlılığının ilkin anlayışlarını öyrədən oyunları oynaya bilərsiniz.

I oyun – «Pul xırdalama»
Uşaqlar mağazada pulqabınızdan necə pul çıxardığını görürlər. Bəs onlar özləri lazımi məbləği toplaya bilər? İlk oyun uşaqlara qəpikləri ayırd etməkdən, banknotları xırdalamaqdan və eyni bir məbləği müxtəlif vasitələr ilə toplamaqdan ibarətdir.

Oyunun qaydaları: Xırda pulları stola səpələyin və növlərini uşağa izah edin. Ona qəpiklərlə yaxından tanış olmağa, ölçüsünü, çəkisini, rəngini və qalınlığını nəzərdən keçirməyə şərait yaradın. Eyni şeyi kağız pullarla da təkrar edin. Xırda pulların daha böyük məbləğ yaratmaq üçün bir vasitə olduğunu izah edin. Bu prosesin necə baş verdiyini göstərin. Məsələn, 5 AZN, 1 AZN və qəpiklərdən necə 10 AZN yaratmaq olar? Kombinasiyalar istəyinizə uyğun şəkildə müxtəlif cür ola bilər. İndi isə övladınıza 20 manatınızı xırdalamağı tapşırın.
Davamı →