2. Dövriyyə axını modeli

Iqtisadi modellər
Anatomiya müəllimləri dərslərdə insan bədəninin bütün əsas orqan­larının plastik modellərindən istifadə edirlər: ürəkdən, ciyərlərdən, böy­rəklərdən, çün­ki bunlar tələbələrə onların yerləşməsi və qarşılıqlı əlaqələ­rini göstərməyə imkan verir. Əlbəttə, heç kim plastik modelləri canlı insan kimi qəbul etmir: onlar stilizə olunub, onlarda bir çox hissələr çatışmır. Lakin reallığın bəzi çatışmaz­lığı tələbələrə insan bədəninin quruluşunu dərk etməkdə çətinlik törətmir.


Ardı →