Mən dünya vətəndaşıyam!

— Olimpiyadan qayıdan Diogen, orada adam çox idimi, sualına belə cavab verir: “Adam çox idi, amma insan elə də çox deyildi”.

Mən dunya vətəndaşıyam. — Diogen bir çirkli hamam haqqında soruşur: “Burada çimdikdən sonra harada yuyunurlar?”

— “Hansı yaşda evlənmək məsləhətdir” sualına Diogen belə cavab verib: “Gəncsənsə hələ tezdir, qocasansa artıq gecdir”.

— Diogen səhər yeməyini nə vaxt yemək lazım olduğunu soruşan adama belə deyib: “Əgər zənginsənsə, nə vaxt istəsən, yox əgər kasıbsansa nə vaxt bacarsan”.

— Xeyli yaxşılaşmış qoca qarını görən Diogen deyib: “Əgər bu dirilər üçündürsə, sən gecikmisən, yox əgər ölülər üçündürsə, onda tələs”.


Ardı →

Mel Gibsonun həyatdan öyrəndikləri

Mel GibsonMən heç vaxt öldürməmişəm.

Ən zəif cəhətim səbirsizliyimdir. Amma şükür Allaha ki, indi əvvəlki qədər səbirsiz deyiləm.

Heç vaxt Allahın mənə qəzəbini hiss etməmişəm.

Jurnalistlər yeganə tayfadırlar ki, səni diri-diri basdıra bilərlər.

Məni sevməyən insanları xoşlamıram, ancaq onları sevirəm.

Qadınları sevirəm – Allahın yaratdıqları içərisində ən yaxşısı qadınlardır. Əgər qadınlar kişilər kimi olmaq, yəni bir pillə aşağı düşmək istəyirlərsə, nə edək, qoy etsinlər.

Ata olmaq xoşuma gəlir. Ata olmaq insana özünü gənc hiss etdirir. Bu imkan verir ki, həyata yenidən başlayasan, həyata başqa tərəflərdən də baxa biləsən.

Uşaqlardan çox şey öyrənirik, onların bizdən öyrəndiklərindən daha çox...

Rejissor olmaq istəyim 16 yaşımda yaranıb. Mən qədim vikinqlər haqqında film çəkmək istəyirdim. O vaxtlar vikinqləri öyrənirdim. Axmaq fikir idi, hə? Ancaq məni kinoya gətirən bu istək olub.


Ardı →