Dizlər arasına yastıq qoymağın faydaları

Dizlər arasında yastıq ilə yatmağın bir çox faydası var. Dizlərimizin arasına qoyduğumuz yastığın yumşaq olmaması lazımdır. Möhkəm və sərt yastıqlar olmalıdır. Çünki bu sərtlik üst ayağın digər ayaq üzərinə hərəkət etməsinin qarşısını alır. Memory Foam adı verilən yastıqlar dizlər arasına qoyulmaq üçün olduqca idealdır. Bu yastıqlar formasız olduqları üçün necə qoysanız, elə də qalır. Beləcə, gecə boyunca düşmədən yerində dayanır.

İstirahət və yuxu bədən üçün ən vacib ehtiyaclarından biridir. Bir insan bədən hərəkətləri və iş təzyiqi səbəbiylə gündəlik olaraq fiziki və zehni stressə girir. Buna görə uyğun bir mövqedə yuxu çox əhəmiyyətlidir. Onurğamızda diqqət etməmiz lazım olan 3 əyrilik vardır. Bunlar boyunda və kürəkdə olan təbii əyriliklərdi. Yatarkən bu təbii əyrilikləri qorumaq lazımdır.


Davamı →