Dəfnə yarpağının faydaları

  • Flora
Dəfnə hər zaman yaşıl bir ağacdır. Yazda və qışda yarpağını tökmür. Aromatik bir bitki olan dəfnənin qoxusu xoşdur. Dəfnə yarpağı yeməklərə ləzzət vermək məqsədilə istifadə edildiyi kimi, tibbi təsirləri də var. Dəfnə yarpağından çay və təbii dərman istehsalında istifadə olunur. Həmçinin şorba, balıq, ət kimi yeməklərə ətir vermək məqsədilə də qatılır.

Yarpaqlarını tökmədiyindən hər zaman yarpaqlarını toplama imkanı var. Ancaq may və oktyabr ayları arasında toplanan yarpaqlar daha təsirlidir. Dəfnə bitkisinin tibbi və kosmetik məqsədli olaraq istifadə edilən hissəsi yarpaq və yarpağından əldə edilən uçucu esensiyel yağdır. Dəfnə meyvələrindən əldə edilən dəfnə yağı antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı yağ turşuları və esensiyel yağlardan meydana gəlir və çox güclü antioksidan və antiseptik təsirə malikdir.

Dəfnə yarpağından bir çox xəstəlikləri müalicə etmək üçün istifadə edilir, dəfnə yarpağı bir çox dərdlərin dərmanıdır. Dəfnə yarpağı sidik qovucu, ağrı kəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olmaqla yanaşı kosmetik vasitə kimi də istifadə edilir. 

Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidən müəyyən şampunlar hazırlanır ki, bu da saç tökülməsinin qarşısını alır, saçın diblərini gücləndirir, onları yumşaldaraq parlaqlıq verir və kəpəyin qarşısını alır. Dəfnə sabunu antiseptik və nəmləndirici təsirə malik olduğundan daimi istifadəsi saçın kəpəklənməsini və saçda göbələk meydana gəlməsinin qarşısını alır. Dəfnə sabunu saç diblərindəki məsamələri açır və saç dibi boşluqların bərpasına müsbət təsir göstərir.
Ardı →