Larry King-dən həyat dərsləri

“Amma” əvəzinə “və” istifadə edin. Məsələn, “Siz bunu düz etmisiniz, amma…” əvəzinə “Siz bunu düz etmisiniz, və… “ deyin. Çünki “amma” özündən əvvəl deyilən hər şeyin üzərindən xətt çəkir.

“Buna baxmayaraq” əvəzinə “və” istifadə edin. Məsələn, “Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm, buna baxmayaraq…” əvəzinə ““Mən sizin üçün bunun nə qədər çətin olduğunu bilirəm və …” deyin. Çünki “buna baxmayaraq” ifadəsi sizin həmsöhbətinizə açıq-aydın bildirir ki, onun hiss, arzu və gözləntiləri sizin heç vecinizə də deyil.

Kobud “yox” deməkdən çəkinin, çünki bu ifadə müəyyən intonasiyayla deyildiyində, həmsöhbətinizdə böyük neqativ təəssürat yarada bilər.
Davamı →

Hind müdrikliyi

Yaxşı insan yaxşı əlamətləri görür.Gozdə yaş olmasa, ruhda da goyqurşagı olmaz.

Daxili səsinizi eşitmək üçün səssiz günlərə ehtiyacınız var.

Ölü at belində olduğunuzu anlamısınızsa, dərhal enin!

Başqalarının hərəkətlərini mühakimə etməzdən əvvəl öz izlərinizə baxın.

Vətən- özünüzü yaxşı hiss etdiyin istənilən yerdir.

Deyiləcək sözün varsa, onda qalx qoy hamı səni görsün.

Dost həmişə dost, düşmən isə həmişə düşmən olaraq yaranmır.

Dünyada hər şeyin öz mahnısı var.

Övlad qonaqdır: bəslə, böyüt, öyrət və azad et.

Yaxşı deyilmiş söz yaxşı nişan alınmış balta zərbəsindən daha sərrastdır.

Hətta ölü balıq axın istiqamətində üzə bilir.

Dünyada hər şeyin bir məqsədi var.
Ardı →