Rəng korluğu nədir? (Daltonizm)

Rəng korluğu rənglərin və ya rənglər arasındakı fərqlərin qəbul edilə bilməyəcəyi görmə pozğunluğudur. Qırmızı və yaşıl kimi rənglərin tez-tez qarışması şəklində ortaya çıxan rəng korluğu nadir hallarda bütün rənglərin boz və onun çalarları kimi qəbul edilməsi kimi görülə bilər.


Davamı →

Daltonizm

İlk dəfə olaraq 1798-ci ildə ingilis John Dalton adlı bir kişidə rast gəlinən və sonrada onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir.
Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxudda heç olmamasıdır. İngiltərədə nəşr olunan Nature jurnalında dərc olunan bir xəbərə əsasən Amerika alimləri daltonizmdən əziyyət çəkən Sam və Dalton adlı iki meymun üzərində 2 il müddətində bir təcrübə aparmışlar.
Təcrübədə gözün torlu qişasındakı işığı qəbul edən sinir hüceyrələrini qırmızı və yaşıl rəngi qəbul edə bilməsi üçün lazım olan zülalı təmin etdilər və nəticədə meymunlar rəngləri görməyə başladı.
Qeyd etmək yerinə düşərdi ki, bu xəstəliyə kişilərdə daha çox rast gəlinir. Daltonik bir kişinin qızı heç vaxt daltonik olmur lakin onun əlamətlərini özündə daşıyar və gələcəkdə onun oğlu daltonik ola bilər.


Davamı →