Heyvanlarda daun sindromu

Daun sindromu nədir, niyə olur?
Ümumiyyətlə insanlarda diaqnoz edilən daun sindromu heyvanlarda da olurmu?

Daun sindromu 21-ci xromosomda hər zamanki iki nüsxə yerinə artıqdan bir kopyanın olması səbəbiylə görülən genetik bir anormallıqdır. Bu xromosom pozuqluğunda hüceyrələr anormal olaraq bölünür, 21 xromosomda üçüncü bir kopya meydana gəlməsinə səbəb olur. Bu genetik pozuqluğu olan kəslər öyrənmə çətinliyi, problem həll etmə, ağıl tələb edən məsələ həllində çətinlik çəkirlər.

Daun sindromu olan kəslərdə yumru üz, çıxıq qulaqlar, basıq burun kökü və yuxarı əyilmiş gözlər kimi xarakterik üz xüsusiyyətləri görülməkdədir. Ancaq daun sindromu yalnız insanlarda görülməz, heyvanlarda da genetik pozuqluqlar ola bilər.

Bəzi şimpanzelərin daun sendromuna bənzər əlamətlər göstərdikləri təsbit edilmişdir. Dünyada insan irqinə ən yaxın irqin meymunlar olduğu bilinməkdədir. İnsanlar ilə şimpanzelərin genetik strukturları yüzdə 99 nisbətində bənzərdir. Şimpanzelər 48 xromosom (24 cüt) daşıyarkən, insanlar 46 xromosom (23 cüt) daşımaqdadırlar. Bu səbəblə şimpanzelər insanlar ilə eyni xəstəliklərdən əziyyət cəkə bilirlər.

Daun sindromu itlərdə isə çox nadir olaraq görülür. İtlər hüceyrə başına 78 xromosom daşıyırlar və 21-ci xromosomda hər hansı bir qüsur olarsa, itlər üçün ölümcül ola bilər. Daun sindromlu bala itlərin uzun müddət həyatda qalma şansı olduqca aşağıdır. Bunun səbəbi xromosom anormallıqları olan inkişaf etməkdə olan dölün ana bətnində düzgün büyüyə bilməməsidir.


Davamı →

Hansı anaların uşaqlarında daun sindromu riski daha yüksəkdir?

Daun sindromu, 21-ci xromosomun əlavə bir nüsxəsinin olması nəticəsində yaranan ən çox yayılmış xromosom anormallığıdır. Daun sindromu bədəndəki struktur və funksional dəyişikliklərlə xarakterizə olunur və ruhi pozğunluqlar, fiziki inkişaf və üz görünüşü fərqləri ilə nəticələnir.
Dünyada 800 doğumdan 1-i olan Daun sindromlu olur. Çünki Daun sindromu ilk növbədə hamilə qalma yaşıyla əlaqəlidir. Çox erkən yaşlarda hamiləlik Daun sindromu riskini artırır və gecikmiş hamiləlik yaşı Daun sindromu ilə birbaşa əlaqəli bir amildir.

Davamı →