Kəsilmələr, deşilmələr, yaralar zamanı ilk yardım

Dəridə istənilən yara və ya kəsikləri, xüsusən də söhbət uşaqlardan gedirsə, nəzarətsiz qoymaq olmaq. Uşaqlarda dərinin hətta kiçik zədələnməsi belə, ağır irinli prosesin, həmçinin tetanusun inkişaf etməsinə də səbəb ola bilər!

Tetanus – sinir sistemini zədələyən infeksion xəstəlikdir. Onu Clostridium tetani bakteriyası törədir. Bu xəstəliyin simptomları – baş ağrıları, əsəbilik, bədən əzələlərinin spazmı, qıcolmalar, tənəffüsün dayanması. Belə xəstəyə vaxtında təcili tibbi yardım göstərilməzsə, o, həlak ola bilər. Tetanusun ən yaxşı profilaktikası – vaksinasiyadır (bütün uşaqlara planlı şəkildə uşaq poliklinikalarda vurulan “ADS” və ya “AKDS” peyvəndi).

Bundan əlavə istənilən, hətta ən kiçik yara və ya cızılma sahəsi əsaslı şəkildə diqqətlə işlənməlidir. Vaxtında peyvənd olunmuş uşaqlara, adətən, əlavə profilaktika tələb olunmur. Lakin hər halda zədə almış uşaq həkimin müayinəsindən keçməlidir və məhz həkim tetanus əleyhinə xüsusi zərdabın bu uşağa vurulub-vurulmaması ilə bağlı məsələləri həll etməlidir!


Ardı →