Eşq dişləmələri

Seksual oyanma sayəsində öpüş şiddətlənib öz zirvəsinə çatdıqda, o «eşq dişləməsi»nə çevrilə bilər. Belə hesab olunur ki, orta hesabla qadınlar kişilərə nisbətən daha çox dişlərin «köməyinə» əl atırlar.
Eşq və ehtiras haqqında Müqəddəs təlimatda (Kama Sutra) dişləmə barəsində deyilir: «dişlənməyə izin verilən yerlər elə öpülməyə izin verilən yerlərdir. Yalnız çox həssas sahələr-üst dodaq, ağız boşluğu, gözlər və sair yerlər istisna edilməlidir».
Dişləmə sevgi oyununa yalnız hər iki tərəf üçün xoş olduqda, daxil edilə bilər. Əgər sevgi oyunu zamanı qadında, yaxud kişidə sevgilisini dişləmək istəyi oyanarsa dişlə­mənin gücünə nəzarət edilməlidir, əks halda bu, vəhşiliyə çevrilə bilər. Özü də bu halda dişlər sağlam və düz olmalı­dır. Çürük, öz bərkliyini itirmiş, əyri-üyrü və laxlayan diş­lər belə nəvazişlər üçün yaramır.


Ardı →