Dişləriniz ağrımasın

Dişlərinizin həssas olmasından və tez çürüdüyündən şikayət edirsinizsə, yediklərinizə diqqət etməlisiniz. Ağız və diş sağlamlığının qidalanma ilə yaxından əlaqəsi olduğunu söyləyən mütəxəssislər diş əti qanamalarından və diş çürüklərindən qoruyan, ağlıq verən qidaları sıralayıb: kartof çipsi, pendirli peçenye, qurudulmuş meyvələr ağızda uzun müddət qala bilən yeməklərdir. Yeməklərdən sonra alma yeyilməlidir. Çünki alma dişləri və diş aralarını təmizləyir. Dişləri ağartmaq üçün bananın qabığını dişlərimizə sürtməli və sürtdükdən sonra yumalıyıq.

Davamı →

Kariyes nədir və ona qarşı necə tədbir görək?

Kariyes – diş toxumalarında qüsurların əmələ gəlməsi ilə təzahür olunan stomatoloji xəstəlikdir. Müalicə olunmadıqda diş toxumalarının dağılmasına gətirib çıxarır. Kariyes çox təhlükəli bir xəstəlikdir. O yalnız dişin dağılmasına və sonda itirilməsinə səbəb olmur. Kariyesli diş daim infeksiya mənbəyi olub son nəticədə ağız-udlağın, həmçinin daxili orqanların da iltihab xəstəliklərinə səbəb ola bilər. Bundan başqa, kariyesin özünün digər daha ağır fəsadları ilə də qorxuludur. Çünki ltihab prosesi diş köküətrafı sümük toxumasına keçərək periodontit xəstəliyinə, çənə sümüklərinə keçdikdə isə daha qorxulu hesab edilən osteomielit xəstəliyinə səbəb ola bilər. Buna görə də kariesli dişləri (müvəqqəti və ya daimi olmasından asılı olmayaraq) mütləq müalicə etmək lazımdır.


Davamı →