Duş

Duş — su ilə müalicənin səmərəli metodlarından biridir. Ayrıca müalicə kursu kimi, ya da su ilə başqa müalicə proseduraları kompleksində, bəzən müalicəyə başlayanda, yaxud müalicənin axırında tətbiq edilir. Suyun temperaturunu xəstəliyin xüsusiyyətindən və nəzərdə tutulan məqsəddən asılı olaraq təyin edirlər. Qısamüddətli soyuq və isti duş insanı gümrahlaşdırır, əzələlərin və damarların tonusunu artırır, uzun çəkən soyuq və isti duş hissi və hərəki sinirlərin oyanma qabiliyyətini azaldır, maddələr mübadiləsini artırır, ilıq duş isə sedativ təsir edir. Sərin və soyuq duşdan sonra bədəni cod dəsmalla bərk-bərk sürtmək lazımdır, bu, ürək-damar sisteminin işinə müsbət təsir edir.
İynəvarı, yağış duşu xüsusi qurğunun başına taxılmış tordan ayrı-ayrı şırnaqlara bölünmüş, yağış şəklində tökülən sudur. Bu su ilıq, indifferent, sərin və soyuq ola bilər. Duşun müddəti 1 dəqiqədən 5 dəqiqəyə qədərdir, su 1-2 atm təzyiqlə verilir. Proseduranı hər gün aparırlar, müalicə kursu 15-25 proseduradır.
Şarko duşu. Xüsusi duş kafedrasından müəyyən temperaturlu və təzyiqli su vurulur.
Ardı →