Qırmızı banan

  • Flora
Ekzotik meyvə sayılan “Qırmızı banan” əsasən Cənubi Amerika və Asiyada yetişdirilir. Qırmızı banan normal banandan daha kiçik ölçülü, qabığı tünd qırmızı və ya bənövşəyi rənglərində olur. Yetkinləşdikcə rəngi daha da tündləşir. 

Dadı sarı banana yaxın olan qırmızı bananda yüngül moruq, çiyələk və manqo әtirlilәri dә vardır. Marmalad, çips, şokolad, pudinq, biskvit kimi məhsullarda istifadə edilən qırmızı bananın eyni zamanda unu da çıxarılır.

Qırmızı banan insan orqanizmi üçün çox faydalıdır. Bu möcüzəvi meyvə, həm təbii antidepressant təsiri ilə stressdən qoruyur, həm də həzmi asanlaşdırır. 

Qırmızı bananın tərkibindəki vitamin və minerallar sarı banandan fərqli deyil. Əsəbilik, yorğunluq, qanazlığı və yuxusuzluğa səbəb olan B6 vitamini çatışmazlığına qarşı banandan istifadə edilir.
Davamı →

Ekzotik meyvələrin faydası

  • Flora

Dükanlarda hər mövsümdə müxtəlif ekzotik meyvələri tapmaq olur. Bu meyvələrin müxtəlif faydalı xüsusiyyətləri və həmçinin əks-göstərişləri var.

İlk növbədə nəzərinizə çatdıraq ki, bu meyvələrin əksər hissəsi müxtəlif allergik reaksiyalara səbəb ola bilər. Allergiyalara meyilli olan insanlar və kiçik yaşlı uşaqlarda belə reaksiyaların ehtimalı daha yüksəkdir.

Bu səbəbdən ilk dəfə olaraq hər hansı ekzotik meyvə qəbul etdikdə ehtiyatlı olun, meyvənin kiçik tikəsi ilə kifayətlənin.

Ekzotik meyvələri yalnız dəymiş şəkildə qəbul edin, kal meyvələrin qəbulu təhlükəli ola bilər.

Avokado
Bu meyvə xolesterinin səviyyəsini aşağı salır, qara ciyərə müsbət təsir edir, qanın tərkibini yaxşılaşdırır, anemiya ilə mübarizədə kömək edir.

Avokado güclü antioksidant xüsusiyyətlərinə malikdir və bu səbəbdən orqanizmin qocalmasını ləngidir, dərini cavanlaşdırır, orqanizmi müxtəlif növ xərçəng xəstəliklərinin inkişafından qoruyur.


Ardı →