Elektron imza

Elektron imza məlumatı öhdəliklə əlaqələndirmək və ya məlumatın həqiqiliyini müəyyən etmək məqsədi ilə iştirakçı tərəfindən yerinə yetirilmiş və ya qəbul edilmiş, elektron vasitələrlə realizə olunmuş istənilən simvol və ya prosesdir. Elektron imzanın əsas funksiyası, adi imza kimi, müəllifin identifikasiyasıdır. Kağız sənəd dövriyyəsində olduğu kimi, elektron imzanın varlığı hələ sənədin həqiqiliyinə dəlalət etmir. Elektron imzalar ailəsinə rəqəm Imzası texnologiyası, müəyyən biometrik verilənlər əsasında identifikasiyanı aparmağa imkan verən texnologiyalar (barmaq izləri, səsin tembri, göz toru damarlarının yerləşmə şəkli, əl imzası zamanı xətlərin xronometrajı və başqa biometrik amillər),həmçinin əsasında müxtəlif smart-kartların və digər aparat açarlarının istifadəsi dayanan texnologiyalar aid edilir. Sadalanan bütün texnologiyalar (smart-kartlar istina olmaqla) — şəxsiyyəti identifikasiya etmə texnologiyalarıdır.


Ardı →