Müasir dövrdə elektron bankinq

Ticarət və iqtisadiyyatda baş verən dəyişikliklərdə informasiya texnologiyaları aparıcı qüvvə kimi çıxış edir. 1950-ci illə müqayisədə qlobal ticarət 50 dəfə daha genişdir, və genişlənməkdə davam edir. Informasiya texnologiyası informasiyanın saxlanması, dəyişdirilməsi, ötürülməsi və qorunması üçün kompüter və proqram təminatının istifadəsidir. Texnologiyanın əlçatan, nisbətən ucuz və istifadəyə daha rahat olmasının dünya ticarəti və kommersiyasına böyük təsiri olmuşdur. Internet və WWW-nin yayılması ilə şirkətlər informasiya texnologiyalarına biznes aləti kimi, istifadəçilər isə informasiya texnologiyalarına yalnız məhsul və xidmətlərin əldə edilməsi imkanı kimi yox, həm də informasiya mənbəyi kimi də baxmağa başlayırlar. Bu da elektron kommersiya adlanan 21-ci əsrin fenomeninin inkişafına gətirib çıxarır. E-kommers çox sürətlə inkişaf edən sahədir, hansı ki iqtisadiyyatı, bazarı, sənaye strukturlarını dəyişir. E-kommersin inkişafı ilə əlaqədar olaraq bir çox biznes sahələri öz fəaliyyət strukturunu dəyişmişlər. Bu sahələrdən biri də bankinqdir. Hazırda banklar bir çox xidmətlərini onlayn rejimdə reallaşdırırlar, bu da elektron bankinqin adlanır.
Elektron bankinq dedikdə-texnika və texnologiyanın ən son yeniliklərinin ənənəvi bankçılıq sisteminə tətbiqi nəticəsində proses və əməliyyatların elektronlaşması, ənənəvi bankinqin kompüter, internet, bankomatlar vasitəsilə əvəz olunması başa düşülür.


Ardı →