Elitar və kütləvi mədəniyyət anlayışları. «Elitizm» və «kütləvi cəmiyyət» nəzəriyyələri

«Dünyada heç vaxt əsil bərabərlik olmayacaq. İnsanların bir qismi rəhbərlik etmək üçün, çoxluq təşkil edən digər qismi isə tabeçilik altında yaşamağa təhkim olmuşdur. Bu isə elita və passiv kütlənin olmasını zəruriləşdirən ən mühüm şərtlərdir» – bu kiçik ifadə müasir ideologiyanın mədəniyyətin müəyyən hissəsi haqqında irəli sürdüyü nəzəriyyənin xülasəsidir.
«Elita», «kütləvi cəmiyyət» – bu anlayışlar müasir sosioloqların, mədəniyyətşünasların əsərlərində təcəssüm tapan mövzulardır. «Elitizm» və «kütləvi cəmiyyət» mövzularına toxunaraq bu nəzəriyyəçilər bəşəriyyətin tarixi, strukturu və müasir cəmiyyətin sosial dinamikasını aydınlaşdırmağa cəhd göstərirlər. Amerikalı sosioloq U.Kornhauzer təsdiq edir ki, bu anlayışlar müasir mədəniyyətşünaslıq və sosioloji ədəbiyyatlarda əsas hadisələrdən birinə çevrilmişdir.


Ardı →

Elitar və kütləvi mədəniyyət

Tarixi inkişaf proseslərinin zəruri sosial hadisələri kimi qiymətləndirilən cəmiyyətin təbəqə və zümrələrə parçalanması ideyası elitarizm və «kütləvi cəmiyyət» təlim və nəzəriyyələrində möhkəm yer tutmaqla yanaşı, bu parçalanmanın sosial həyatın bütün sahələrinə nüfuz etməsi və təsiri fikri də təsdiq olunur. Belə ideyalardan biri də mədəniyyət və incəsənət aləmində özünə yer tutmuş, «elitar mədəniyyət» və «kütləvi mədəniyyət» anlayışlarıdır. Əslində bu anlayış və hadisələr yuxarıda haqqında şərh və təhlillər apardığımız mövzuların – elitarizm, «kütləvi cəmiyyət» nəzəriyyələrinin tərkib hissələri olmaqla ayrıca konsepsiyalar kimi yaranmış və həyatda özünü təsdiq etdirməyə çalışmışdır. «Elitar» və «kütləvi mədəniyyət» anlayışları insanların yaradıcılıq prosesində estetik yaşantılara cəlb olunmasının bu və ya digər qatını əks etdirərək mədəniyyət və incəsənət tarixində həmişə fəal ideyalar törətmişdir.
Mədəniyyətdə bu təbəqələşmənin səbəbini və mənşəyini, ictimai köklərini araşdırmaq üçün bu sosial hadisənin tarixi və inkişafı prosesinə müraciət etmək zəruridir.


Ardı →