Hamilələrin məhəl qoymadığı test erkən düşük yaradır

Hamiləlik müddətində qadında bir sıra xəstəliklər baş qaldıra bilər. Bu, hormonal dəyişikliklərlə əlaqəlidir.
Bəziləri belə problemlərə ciddi yanaşsa da, buna məhəl qoymayanlar da mövcuddur.
Hamiləlik zamanı ən çox rastlanan belə problemlərdən biri hipotireozdur, yəni qalxanabənzər vəzin funksiyasının aşağı olması (TSH yüksəkliyi). Bu problemə məhəl qoymadıqda isə istənilməyən nəticələr baş verə bilər.
Davamı →

Endokrin xəstəliklər

Bazedov xəstəliyi

Bazedov xəstəliyi (tireotoksikoz, diffuz toksik/tireotoksik ur, ekzoftalmik ur, Qreyvs xəstəliyi) geniş yayılmış endokrin xəstəliklərdən olub, qalxanabənzər vəzinin hiperfunksiyası nəticəsində sekresiyası artmış tiroksinin və triyodtironinin orqanizmə göstərdiyi toksik təsirlə əlaqədardır.

Xəstəliyə çox vaxt psixi travmalar, həmçinin infeksiyalar, hipofizin ön payında tireotrop hormonun sekresiyasının artması səbəb olur; irsi amillərin əhəmiyyəti vardır. Ən çox 20-50 yaşlarda, xüsusən qadınlarda təsadüf edir.


Ardı →