Hamilə qadınlarda toksikozlar

hamilə qadın

Hamilə qadınlarda erkən baş verən toksikozlar. Hamilə qadınların toksikozu — ürək-damar sisteminin, böyrəklərin, qaraciyərin mərkəzi və periferik sinir sisteminin mübadilə funksiyalarının pozulması ilə təzahür edən polisimptom (müxtəlif simptomlu) xəstəlikdir. Hamilə qadınlarda toksikozlar çox vaxt daxili üzvlərin (mədənin, böyrəklərin, qaraciyərin, hipertonik xəstəliyin və s.) mövcud xronik xəstəlikləri fonunda əmələ gəlir.
Erkən baş verən toksikozlar hamiləliyin birinci günləri və həftələrindən başlayaraq təzahür edərək, hamiləlik dövrünün ikinci yarısında yox ola bilər. Lakin erkən baş verən toksikozların xeyli qrupu hamiləliyin axırına qədər davam edir.
Hamiləliyin erkən müddətlərində toksikoz müxtəlif klinik formalarda təzahür edə bilər. Bunlara qusma, selik, ağız suyu (tüpürcək) axması, dermatozlar (dəri xəstəlikləri) və s. aiddir.
Qadınların xeyli hissəsində hələ hamiləliyin erkən müddətlərində qoxuduyma funksiyalarının (bəzi qoxulara dözümsüzlük kimi) və dadbilmə funksiyalarının (bəzi qidalardan ikrah, digərlərinə tələbat kimi) pozğunluğu baş verir.


Ardı →