Qabriel Qarsia Markesin etirafları

Qabriel Qarsia Markes — Mən hər zaman serial mətni yazmaq istəmişəm. Gördüyü işlərə görə sevilmək istəyən biri kimi mənim üçün roman yazmaqdansa serial mətni yazmaq daha effektlidir.

— Biz dilin qəlibləşməsi ilə mübarizə aparmalıyıq. “Xalq”, “Demokratiya” kimi sözlər artıq öz qüvvəsini itirib. Seçki təşkil edən hər kəs, özünü demokrat sayır.

— Mən nağıl yazmağa da çalışmışam. Amma alınmayıb. Hətta yazdıqlarımdan birini oğullarım kiçik yaşda olanda onlara oxutdurmuşam. Nağılı oxuyub qurtardıqdan sonra isə onlar mənə dedilər: “Ata məgər sən elə hesab edirsən ki, uşaqlar axmaqdırlar”?

— Xoş olmayan sürprizlərlə qarşılaşmamağa çalışıram. Ekskalatora yox pilləkənlərə, təyyarədən başqa isə hər şeyə üstünlük verirəm.

— ABŞ Cənubi Amerika ölkələrinə böyük məbləğlərdə investisiyalar yatırır. Lakin bizim 1 sent belə xərcləmədən etdiklərimizi onlar hələ də edə bilməyiblər. Biz onların dilini, musiqisini, yeməklərini, sevgilərini, düşüncə tərzlərini dəyişdiririk. Biz onlara, onların bizə təsir etmək istədikləri şəkildə təsir edirik. 

— SPİD yalnız sevginin riskini artırır. Sevgi həmişə təhlükəli olub. O özlüyündə ölümcül bir xəstəlikdir.


Ardı →