Evli kişilər daha cazibədardır

Bəzi hallarda qadınlar sevdikləri kişinin evli olduğunu bildikləri halda onunla münasibəti davam etdirirlər. Bu çoxlarımıza düzgün, anlaşılan münasibət kimi görünməyə bilər. Bu yaxınlarda Oklahoma Universitetində aparılan bir araşdırma qadınların bu seçimlərinin səbəbinə müəyyən qədər aydınlıq gətirib. Bu məqsədlə 10 minə yaxın qadın və kişi arasında sorğu keçirilib.

Sorğuda iştirak edən insanlardan evli insanla münasibət qurub-qurmayacaqları soruşulub. Bu zaman qadınların 73%-i sevdikləri şəxsin evli olmasının onların münasibətinə mane olmayacağını bildirib. Bu qadınlardan 24%-i isə heç nədən çəkinmədən hazırda və ya keçmişdə evli insanla münasibətdə olduqlarını etiraf ediblər. Onların fikrincə, subay kişilərlə müqayisədə evlilər daha anlayışlı, yetişkin olurlar. Buna görə də onlarla münasibəti davam etdirmək daha asan olur.
Davamı →

Evli kişilər daha çox yaşayırlar

Araşdırmalara əsasən evil kişilər subay kişilərlə müqayisədə daha çox yaşayırlar. Britaniyalı alimlər bunun bir neçə səbəbini müəyyən ediblər.

Adətən kişilər öz səhhətlərinə qarşı kifayyət qədər etinasızdılar. Qadınlar isə əksinə öz orqanizmlərinə qarşı daha diqqətlidirlər.

Bu səbəbdən də məhz qadınlar öz həyat yoldaşlarının səhhətində bir problem gördükdə onları həkimin qəbuluna yazılmağa məcbur edirlər.

Bundan əlavə qadınlar həyat yoldaşlarını vaxtı vaxtında dərman içməyə və həkimlərin göstərişlərinə əməl etməyə də məcbur edirlər.

İnfarkt və ya insult almış ailəli kişiləri xəstəxanaya daha tez çatdırılırlar. Bu da onların həyat yoldaşlarının operativliyinə görə baş verir.
Davamı →