Şəxsiyyətin azadlığı və məsuliyyəti

Şəxsiyyət azadlığı fəlsəfi, dini, etik, sosial, siyasi və iqtisadi aspektlərə malikdir. Onun fəlsəfi aspekti insanın öz davranışlarında müstəqil olması və ya onun determinasiya olmasından ibarət olan iradə azadlığının şərhi ilə birbaşa əlaqədardır. Bununla əlaqədar determinizm və indeterminizm konsepsiyaları bir-birindən fərqlənirlər.
Ardı →

İnsan, fərd, fərdiyyat və şəxsiyyət.

İnsanın bioloji qanunauyğunluqlarla yanaşı bəşəriləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır.
İnsan ictimai varlıqdır, lakin o, ayrı — ayrı real fərdlərlə konkretləşir. İnsan fərdlə, qrup, sinif, kollektivlə bağlanır. Odur ki, insan həm fərdi-şəxsi, həm qrup-sinfi, həm də bəşəri mənəvi-siyasi keyfiyyətlərin, dəyərlərin daşıyıcısına çevrilir.

Fərd də həmişə ictimai mövcudluqdur: Yaşadığı ictimai münasibətlərin məhsuludur. Fərd sosiallaşaraq şəxsiyyətə çevrilir. «Fərd» anlayışı:
a) yüksək bioloji növ olan «Homo sapiens»in ayrıca bir nəfərini insan nəslinin təkcə götürülən bir üzvünü bildirmək, bir adamı başqalarından fərqləndirmək üçün;

b) fəlsəfi mənada isə sosial birliyin ayrıca bir  «atomunu», qrupunun, sinfin, kollektivin, cəmiyyətin və s. fərdi bir üzvünü, təkcəni bildirmək üçün işlədilir. Deməli, ikinci mənada fərd «ictimailəşmiş», sosial təkdir. Fərd cəmiyyət içərisində yaşayır. Dövr, mədəniyyət, ictimai inkişafın xüsusiyyətləri fərdi davranışda təzahür edir, şəxsiyyətin fəaliyyətində reallaşır.



Ardı →