Onore de Balzak

«Dərin olmasam da, — bir dəfə Onore de Balzak demişdi, — kifayət qədər əhatəli adamam». Bu, ikibaşlı fikrin nə səbəbdən və hansı şəraitdə söyləndiyi məlum deyil; yəqin ya öz xarici görünüşünə, ya da zəhmətlə qazandığı ədəbi uğurlarına (ya da elə hər ikisinə) görə belə qətiyyətlə deyib. Mübaliğəsiz olaraq Balzakı dünya yazarları arasında ən gonbul qələm adamı kimi qəbul etmək olar. 160 santimetr boyu olan ağır cəmdək iki çöp kimi nazik ayaqlar üstə zorla tab gətirirdi. O, birmənalı olaraq özünün qarqantüasayağı (Fransua Rablenin «Qarqantüa və Pantaqruel» romanının qarınqulu qəhrəmanına işarədir. tərc.) iştahı, qeyri-adi bər-bəzəyi və ədəbsizliyi ilə məşhur idi.

Dəqiq məlumata görə bir dəfə Paris restoranlarının birində nahar edən ədib bir neçə düjin (bir düjin on iki ədəd deməkdir — tər.) qoyun kotleti, şalğam suyunda bişən ördək, bir-iki balıq, iki qızardılmış kəklik və yüzdən çox dəniz ilbizi aşırıb. Nahar on iki armud və müxtəlif şirniyyatlar, meyvə və içkilərlə başa çatıb. Onun özünü süfrə arxasında aparmağı kənardan çox iyrənc görünürdü. O, birbaşa bıçaqdan yeyir, yemək qalıqları ağzının kənarından ətrafa səpələnirdi. Çoxlarının onu axmaq yerinə qoymağı, dadbilmə qabiliyyətini itirən adam kimi təsəvvür etməyi əsla təəccüb doğurmurdu. Sadə kəndli ailəsində doğulan Onore Balsa soyadını dəyişmiş, ona aristokratlara aid «de» əlavəsi yapışdırmaqla özünü cəmiyyətə zadəgan kimi sırıya bilmişdi.
Davamı →

Kamyunun gələcək həyat yoldaşına məktubu

Albert Kamyu ən çox tanınan romanı «Yad»a nöqtə qoyduqdan sonra gələcək həyat yoldaşı Frensin Fora (Francine Faure) məktub yazır. 

Məktub vasitəsilə təkcə romanın qələmə alınma prosesindən deyil, öncəsindən, sonrasından və Kamyunun ruhi vəziyyətiilə də tanış oluruq.

«30 aprel, 1940-ci il
Gecə vaxtı yazıram sənə. Romanımı bir az əvvəl bitirdim və yatmağı düşünə bilməyəcək qədər gərginəm. Şübhəsiz, işim hələ natamamdı. Yenidən gözdən keçirəcəyim, əlavə edəcəyim, təkrar yazacağım şeylər var. Amma ümumi olaraq bitirdim və son cümləni yazdım. Əlyazmalarım qarşımda durur, olduqca çox əziyyət və iradəyə başa gəldiyini düşünürəm. Romanı var edə bilmək, əsl məğzindən uzaqlaşmamaq üçün fərqli düşüncə, fərqli arzuları qurban verməyə məcbur oldum. Vaxtaşırı bəzi cümlələr, duyğular, hadisələr ağlımdan şimşək kimi keçirdi. Yaratdığım işə görə səksəkəli qürur içindəyəm. Bəzənsə içində tör-töküntü və bacarıqsızlıqdan başqa şey görmürəm. Bu hekayətin içinə həddən artıq çox girdim. İndi bu kağızları siyirməyə qoyacam və yeni məqaləmin üzərində işləməyə başlayacam.
Davamı →

Jül Vern

Fransız yazıçı Jül Vern ədəbiyyatda yeni bir janrın – elmi fantastikanın yaradıcısı hesab edilir. Onun kitabları oxuculara dünya ətrafında dövr etmək, yeni adalara səfər etmək və okeanların dərinliklərinə enmək imkanı yaradır. O öz əsərləri ilə elmdə yeni kəşf və açılışlara səbəb olmuşdur. Onun bəşəriyyət qarşısındakı əsas xidmətlərindən biri də həvəsli insanlara Yer kürəsini araşdırmalarına təkan verməsidir.

Jül uşaqlıq dövründə dünya səyahətinə çıxmağı arzulayırdı. Onun doğulduğu qədim Nant şəhəri Luar çayının sahilində yerləşirdi və Nant limanında müxtəlif ölkələrdən olan çox yelkənli gəmiləri görmək mümkün idi. Hər şeylə maraqlanan kiçik Jülün 11 yaşı olduqda valideynlərinin xəbəri olmadan limana gəlir və bir gəmi kapitanından onu gəmidə işə götürməsini xahiş edir. Kapitan razılaşır, Jül göyərtəyə qalxır və gəmi yola düşür. Şəhərdə məşhur olan vəkil, yəni Jül Vernin atası güc-bəla ilə kiçik paraxodla oğlunun olduğu gəmiyə çata bilir. O oğlunu geri qaytarsa da, səyahət fikrindən daşındıra bilmir. Bu zaman o atasına demişdi: “Bundan sonra mən xəyallarımda səyahət etməyə məcburam”.
Davamı →

Jül Vern haqqında 15 fakt

1. Jül Vern 1828-ci ildə Fransanın önəmli ticarət limanı hesab olunan Nants şəhərinin Feydau adasında dünyaya göz açıb. Beş uşağın ən böyüyü olub.

2. 19 yaşında ailəsinin istəyi ilə hüquq oxuyub atası kimi vəkil olmaq üçün Parisə gedir. Ancaq Jül Vern vaxtının çoxunu öz istəklərinə xərcləyirdi. Atası oğlunun bohem həyat tərzi yaşadığını və hekayə yazdığını öyrənəndə bir də ona pul göndərmir. Jül Vern vəziyyətin belə olduğunu görüb dolanışıq pulunu çıxarmaq üçün birja işinə girməyə məcbur olur.

3. Parisdə məşhur Viktor Hüqo və "Üç müşketyor«un müəllifi Aleksandr Düma ilə vaxt keçirməyə fürsət tapır. İki usta imzadan yazarlıq haqqında tövsiyələr alır. Viktor Hüqonun naşiri Pier Hitzel ilə tanışlığı isə həyatının ən önəmli anlarından biri olur.

4. 28 yaşında iki qız uşağı anası Honorine de Viane ilə evlənir. Dörd il sonra Maykl adında uşaqları olur.
Davamı →

Alber Kamyu

Alber Kamyu (fr. Albert Camus) — fransız yazıçı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, sağlığında «Qərbin vicdanı» adlandırılmışdı. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957).
Fransız yazıçısı, dramaturq və tənqidçi, gənc yaşda həyatdan köçən Nobel laureatı Alber Kamyu Əlcəzairdə doğulmuşdu. Əslən elzaslı atası Lüsyen Kamyu kənd təsərrüfatı plantasiyalarında fəhləlik edirdi.O Alberin bir yaşı tamam olmamış Birinci Dünya müharibəsi cəbhələrində həlak olmuşdu. İspan mənşəli anası Katrin Sintes azsavadlı qadın idi. Ərinin ölüm хəbərini alanda stressdən dili tutulmuşdu. Oğlunu saхlamaq üçün evlərdə qulluqçuluğa başlamış, Alber isə daha çoх nənəsinin və şikəst dayısının himayəsində böyümüşdü. Kiçik yaşlarından taleyinə bu qədər çətinliklər düşməsinə baхmayaraq, özünə qapanmamışdı.


Ardı →