Vitaminlərin göz sağlamlığına təsiri

Vitamin qəbuluna diqqət
Bədənimizin qidalar vasitəsilə vitamin alması, göz sağlamlığına böyük təsiri olur. İmmunitet sistemini gücləndirmək üçün həkim məsləhəti olmadan atılan dərmanların mənfi təsirləri ola bilər. Göz sağlamlığına təsir edən vitaminlər arasında A, E, C və B2 vitaminləri yer alır. Vitaminlərdən əlavə maqnezium, çinko kimi minerallar, omeqa3 və 6 yaş turşularından da faydalanmaq lazımdır.
Gecə sağlam görmə üçün A vitamini
Heyvan mənşəli qidalarda olan A vitamini, gecə görməni gücləndirir, gözün işıqsız mühitə öyrəşməsinə kömək edir. Gecə korluğuna tutulma riskini azaldır. A vitamini üçün heyvan mənşəli qidalardan əlavə portağal, kök, buğda, cəfəri və yumurta sarısından faydalanın.

Davamı →

Sağlam Gözlər Üçün Bu Məsləhətləri Mütləq Nəzərə Alın

Göz Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis, oftalmoloq Dr. Rza Kurnanın göz sağlamlığı haqqındakı tövsiyələrini kazyzen.az saytı olaraq diqqətinizə çatdırırıq.

Kompüter istifadə edərkən fasilə verin.

Kompüter gözlərinizə zərər verməz, amma göz yorğunluğu və quruluğuna səbəb ola bilər. 20/20/20 qaydasına əməl edin. Yəni 20 dəqiqədən bir, 20 saniyə müddət ilə 20 feet (təxminən 6 metr) uzağa baxmağa çalışın. Bundan əlavə, monitorunuzu üst kənarı göz səviyyəsində olacaq şəkildə təxminən 50-60 sm uzağınıza yerləşdirin.

Gün eynəyi yalnız aksesuar deyildir.

Günəş dəriniz kimi gözlərinizə də zərər verə bilər. Katarakt xəstəliyinin meydana gəlməsini sürətləndirdiyi kimi, günəş şüaları sarı nöqtə xəstəliyinə da səbəb ola bilər. Bundan əlavə,  allergik şikayətlərinizin artmasının əsas səbələrindən biri məhz günəş şüalarıdır. Çöldə olduğunuz günlərdə hava buludlu belə olsa gün eynəyi istifadə edin.


Ardı →

Məktəblilərin görmə qabiliyyətini qorumaq üçün məsləhətlər

Gözlər bizə bütün dünyanı göstərən çox önəmli orqandır.

Onlara qayğı göstərmək mütləqdir. Lakin müasir dövrün tələbləri, hər gün yenilənən texnika gözlərə çox ziyanlı olaraq, görmə qabiliyyətinə təsir edir. Xüsusən də bu uşaqlara aiddir ki, balaca yaşlarından televizor, mobil telefon, planşet və kompyuterin təsirnə məruz qalaraq, vaxtından əvvəl görmə qabilliyətinin pisləşməsi kimi problemlərin yaranmasını müşahidə edirik.

Məktəb periodu isə, uzağı və yaxını görmə pozğunluqları və astiqmatizm kimi deffektlərin yaranması üçün təhlükəli zaman sayılır. Çünki bu periodda, gözlər çox yüklənir. Bu məqalədə sizə uşaqların məktəb periodunda görmə qabiliyyətinin qorunması üçün bir neçə xeyirli məsləhəti təqdim edirik:
Ardı →