Yaxından çox uzağı yaxşı görürsünüz?

Uzaqdan görmənin elmi adı – hipermetropiya yunan sözü olub, «hyper» – artıq, «metron» – ölçü, «ops» isə göz deməkdir. 18 yaşdan yuxarı şəxslər arasında uzaqdan görmənin yayılma tezliyi orta hesabla 35-45% təşkil edir. 7-12 yaşlı uşaqlarda hipermetropik refraksiya fizioloji xarakter daşıyır. Uzaqdan görmə 3 yaşa qədər uşaqların 90%-də, 13-14 yaşlı yeniyetmələrin isə 35%-də müşahidə olunur.Miopiyada (yaxından görmə) olduğu kimi hipermetropiyanın da inkişafının əsasını sındırma qüvvəsinin gözün ön-arxa ölçüsünə uyğun gəlməməsi təşkil edir. Lakin


Davamı →

Göz quruluğunun səbəbləri və müalicəsi

Göz yaşları gözün daha rahat hərəkət etməsini təmin edir. Göz yaşının əskikliyi gözdə yanma, sancma və qızartı kimi vəziyyətlər meydana gətirə bilər. Göz quruluğu ciddiyə alınmasa, xroniki formaya keçə bilər. Göz yaşı gözləri toz, duman, külək kimi ətraf mühit faktorlarından qoruyur.
Gözləri qırpmaqla ifraz olunan göz yaşı gözün səthinə yayılaraq gözün təmizlənməsinə və nəmləndirilməsinə imkan yaradır. Göz yaşları azaldıqda gözlərdə yanma, sancma və qızartı kimi problemlər yaranır.

Davamı →

Oftalmoloqa müraciət etmək üçün 5 səbəb

Araşdırmalar göstərir ki, dünyada yaşayan insanların 60%-dən çoxunda görmə ilə bağlı olan müxtəlif problemlər var. İldən-ilə bu rəqəm artır və hal hazırda hətta cavan insanlarda və uşaqlarda tez-tez müxtəlif görmə problemləri aşkar olunur.

Həkimlər bunu müasir insanların həyat tərzi ilə əlaqələndirir. Gözlərin sağlamlığı üçün insan tez-tez uzaq məsafələrə baxmalıdır. Müasir insanlar isə günün bir çox hissəsini kompütür, planşet, telefonun ekranına baxmaqla keçirdirlər.

Bəzən görmə ilə bağlı problemlər özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir ki, insan da bu simptomları göz xəstəlikləri ilə əlaqələndirmir və oftalmoloqa müraciət etmir. Xəstəlik isə daha da dərinləşir və ağırlaşmalara gətirib çıxardır.
Davamı →

Göz müayinəsi

Gözün müayinəsinə göz qapaqlarının, göz qapaqları və göz alması konyuktivalarının yoxlanılması ilə başlanır. Aşağı göz qapağı konyuktivasının müayinəsi zamanı aşağı göz qapağını şəhadət barmağı və ya baş barmaq vasitəsilə aşağıya elə çəkirlər ki, keçid büküşü aydın görünür. Yuxarı göz qapağı konyuktivasının müayinəsində xəstəyə aşağı baxmağı təklif edirlər. Sonra göz qapağının kirpikli kənarını sağ əlin baş və şəhadət barmaqları ilə tutub göz almasından aşağı və qabağa çəkirlər, Tibb bacısı sol əlinin baş barmağı ilə göz qapağının ortasını qığırdağın yuxarı kənarında təsbit edir. Bu zaman yuxarı göz qapağını diyircək üzərində çevrilmə kimi barmaq ətrafında çevirirlər.


Ardı →