Günvurmanın simptomları

İsti havada günvurma halları artır. Günvurma çox ciddi pozulma sayılır ki, vaxtında lazım olan tədbirlər görülməzsə insan hətta həyatını itirə bilər. İstinin təsirindən beyin qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların inkişafına (koma, insult, iflic) səbəb ola bilər. Günvurma yaşlı insanlar, ürək-damar, şəkərli diabet xəstələri, kiçik yaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir. Günvurmanın əsas simptomlarını bilmək çox vacibdir!

Bu simptomlar arasında:
— zəiflik — başgicəllənmə
— güclü baş ağrısı
— qulaqlarda küy
— nəfəsalmanın tezləşməsi
— nəbzin tezləşməsi
— üşümə
— ürəkbulanması və qusma
— hərarətin 40 C və ya daha artıq yüksəlməsi
— ağır hallarda qıcolmalar və huşun itirilməsi.
Davamı →

Uşaqlarınızı belə qoruyun

Yay aylarında açıq havada keçirilən zaman da artır. Bu halda bəzi qəzalar da qaçılmaz olur. Xüsusilə uşaqların yay mövsümündə artan enerjiləri, həyəcanları və aktiv hərəkətləri daha çox təhlükəli vəziyyətlər yaradır. Yayda hovuz və dənizdə olan günvurmalar, burxulma və qırıqlarla nəticələnən velosiped qəzaları, boğulmadan tutmuş günəş yanmalarına qədər bir çox səbəbdən uşaqlarını təcili yardıma gətirən valideynlərin də sayı artır. Yayın sevincinin kədərlə bitməsini istəmirsinizsə diqqətli olun.

Yayda uşaqlar əyləndikləri zaman onları gözləyən təhlükənin fərqində olmaya bilik. Ona görə də bəzi lazımi tədbirlər görməkdə fayda var. Əks halda bu qəzalar həm ciddi və qalıcı sağlamlıq problemlərinə yol aça bilər, həm də yay tətiliniz acı xatirələrlə yadda qalar. İlk növbədə valideynlər ilk yardım tətbiqlərini öyrənməlidirlər.
Davamı →

Gün vurma zamanı ilk tibbi yardım

Gün vurma – günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Gün vurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir.

Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edlir. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir.

Gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!).

Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul – paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.
Ardı →