Genetik xəstəliklər

Araşdırmalar göstərmişdir ki dünyada genetik pozuntulara görə15% uşaq hələ doğulmamış,3% doğuş zamanı,3%yetkinlik dövrünə çatmamış tələf olur.20% insan bu səbəbdən nigaha daxil olmur nəticədə 10 % ailə uşaqsız qalır.
Genetik qüsurlarının səbəb olduğu bəzi xəstəliklər hələ də tam öyrənilməmişdirMüxtəlif faktorlar nəticəsində bu xəstəliklərə səbəb xromosom və genlərdə baş verən mutasiyalar  olur.Bu mutasiyalar həm autosom həm də cinsi xromosomlarda olan baş verə bilər.
Davamı →

Daun sindromu

Müasir dövrdə səhiyyənin qlobal problemlərindən biri gen xəstəlikləri və onlarla mübarizədir. Gen xəstəlikləri hələ xeyli vaxt bundan öncə aşkarlanıb. 1865-ci ildə çex bioloqu Qreqor Mendel apardığı təcrübələr zamanı bəzi xəstəliklərin məhz genlər vasitəsilə keçdiyini müəyyənləşdirib. Həmin illərdə alimlər tərəfindən birmənalı qarşılanmayan Mendelin bu kəşfi onun ölümündən 16 il sonra qəbul edilib.

Gen xəstəlikləri arasında birinci yeri Daun sindromu tutur. Bu xəstəliyi 1866-cı ildə ingilis həkimi Con Daun aşkarlayıb. O, xəstəliyi başqa cür adlandırsa da, sonradan bu sindroma həkimin adını veriblər. Ancaq xəstəliyi aşkarlayan həkim onun müalicəsini tapa bilməyib. İllər keçməsinə baxmayaraq, mütəxəssislər hələ də bu xəstəliyin müalicəsini tapa bilmirlər. Belə körpələrin yaşamaq şansı yarıbayarıdır. Sağ qalanların da əksəriyyəti yeniyetməlik yaşına çatdıqda dünyasını dəyişir.


Ardı →