Genital estetika

Genital orqanlardaki estetik və funksional pozuntular başqaları ilə asandlıqla bölüşülməyən, eyni zamanda qadının psixologiyasının pozulmasına gətirib çıxaran bir problemdir. Genital estetika genital bölgədə olan anadangəlmə və ya qazanılma deformasiyaların düzəldilməsi məqsədi ilə icra olunan müdaxilələrdir. Genital bölgədəki forma pozulmaları qadının cinsi həyatına və gündəlik yaşamına mənfi təsirini göstərərək zamanla onun cinsi soyuqluğunu artırır.

Estetik cərrahiyyə qadının xarici genital orqanlarını bərpa etməyə imkan verir. Xarici genital orqanlara — mons pubis dediyimiz göbək altındakı sümük üstü qisim, labia major (bayırda yerləşən böyük dodaqlar), labia minor (içəridə yerləşən kiçik dodaqlar), klitoris (labia minorların üst bitişmə yeri) daxildir. Bu sadaladığımız nahiyələrdə həm anadangəlmə, həm də qazanılma problemlər yarana bilər. Bu problemlər daha çox doğuşdan sonra müşahidə olunur.
Davamı →

Vaginal gəncləşdirmə sağlamlığa zərərlidir

Mütəxəssislər, qadınların vaginalarını yenidən formalaşdırmaq və daraltmaq üçün etdirdikləri vaginal gəncləşdirmə əməliyyatlarının sağlamlığa ciddi şəkildə təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.
Amerikalı və britaniyalı mütəxəssislər, bəzi klinikalardakı «kosmetik müalicənin» yanıq, yara və təkrarlanan ağrılara səbəb ola biləcəyini söyləyirlər.

Vaginanı yenidən formalaşdırmaq əməliyyatı lazerlə vaginal toxumanın isidilməsi və sıxlaşdırılması yolu ilə həyata keçirilir. Qeyri-cərrahi üsul, sadəcə nahar fasiləsində belə həyata keçiriləcək qədər qısa müddətli bir əməliyyat olsa da səlahiyyətli nümayəndələr bunun çox da etibarlı olmadığını ifadə edirlər.
Davamı →