Ayrılıq məktubu

  • Sevgi
Sən getdin. Özündən sonra bir dəhşətli qaranlıq, bir zindan yalnızlığı, ağır bir boşluğu geridə qoydun. Getdin və dönməyəcəksən bir daha. Haqlısan gedişində, bu eşqi bitirməkdə haqlısan. Bir söz belə söyləmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim, tükəndim, məhv oldum. Sonsuzluqda bir insan necə olar.səsi, nəfəsi necə duyular? Əlvida eşqim. Əlvida sevgilim. Sən özünü heç belə lazımsız, belə dəyərsiz, belə tənha hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuqdur. Aynalara baxıram. Aynada gördüyüm mən deyiləm. Gözlərim cəhənnəm atəşi kimidir.dodaqlarım möhürlənib. Əllərim titrəyir. Ürəyim qızğın dəmirlərlə dağlandı. Yoxluğunun qarşılığı çox ağırdır, sevgilim.
Ardı →