Həyatı qısa olan insan ruhu əbədi yaşayacaq

El arasında qısa və müvəqqəti dünya həyatı haqqında bəzi ifadələr var: “ölümlü dünya”, “üç günlük dünya”, “fani dünya”. Bu qəlibləşmiş sözlər, əslində, insanların səmimi fikirlərini əks etdirmir. Bu cür sözlər cəmiyyətdə bir ənənə kimi, insanların öz aralarında etdiyi söhbət və hətta zarafat mövzusudur. Belə ki, bu qədər mühüm mövzunun ardınca dərhal dünya ilə bağlı planlara başlayırlar. Məsələn, “ölümlü dünya”,“dünyaya bir dəfə gəldik” sözlərinin ardınca “təbii ki, dünyadan bacardıqca çox zövq almaq lazımdır” şəklində dayaz məntiq irəli sürürlər. Halbuki həyatın qısa olması, ölümlü olmaq və dünyaya bir dəfə gəlmək hər bir insan üçün mühüm həqiqətlərdən biridir.


Ardı →