Milçəklərin əllərini ovuşdurma səbəbi

Milçəklər bir müddət gəzdikdən sonra ayaqlarından yapışqan maddə çıxır. Bu maddələr tükləri isladır. Bunun sayəsində milçək tərs ya da düz səthlərdə rahatlıqla dura bilirlər.

Təxminən 1 milyon böcək növü bu formada özünə yapışqan təmin edir. Hamımızın ən çox gördüyü isə onların tez-tez qabaq ayaqlarını (əllərini) başlarına çəkməsi olur. Bu hərəkətin əsas səbəbi milçəklərin göz qapaqlarının olmamasıdır. Milçəklər gözlərini təmizləmək üçün qıçlarını gözlərinin üstünə sürtərək onların təmizlənməsini təmin edirlər.

Qeyd edək ki, milçəklərin ən müdafiəsiz anları məhz təmizlik vaxtıdır.


Davamı →

Qarışqaların maraqlı mikrob təmizləmə üsulu

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkar etmişlər. İsveçli tədqiqatçılar müəyyən etmişlər ki,tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.

Lozanna Universitetinin professoru  Michel Chapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test etmiş, qatran olan və olmayan yuvalarda müşahidələr aparmışlar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilmişdir.


Ardı →

Antibiotik istehsal edən arılar

Zərərli bakteriya ilə birlikdə yaşayan çöl arısı istehsal edilən 9 cür antibiotikdən istifadə edərək sürfələrini infeksiyalardan qoruyur.

Çöl arılarının dişiləri yuvalarını torpağın içində qazır və burada yumurta qoyur. Çıxan sürfələri yedirtmək üçün bir bal arısını tutub, iflic edərək yumurtaların önünə qoyurlar. Ancaq torpağın altı canlılar və xüsusilə yumurta və sürfələr üçün etibarlı yer deyil. Torpaq isti, nəm və orqanik maddə baxımından zəngin olduğundan kif və bakteriyaların təsirinə məruz qalır. Arıların vəzifəsi sürfələri bu zərərdən qorumaqdan ibarətdir.

Dişi arılar balalarını qorumaq üçün öz antenalarında saxladıqları streptomiset bakteriyaları yuvanın tavanından asırlar. İsti yuva əldə edən bakteriya doqquz antibiotik maddədən ibarət olan ifrazat istehsal etməyə başlayır. Bu ifrazat bir çox zərərli bakteriya və göbələyə təsir edir. Yumurtadan çıxan sürfələr də tavandakı bu əcza şkafını açaraq bakteriyaları baramalarına sürtürlər.


Davamı →

Həşəratlar necə xəbərləşirlər və bir-birlərini tanıyırlar

Bəzən gözlə görünməyən heyvanlardakı bığcıqlar bir çox heyvanın yaşaması üçün böyük əhəmiyyət daşıyan orqanlardır. Uca Allah yer üzündə mükəmməl sistemlər yaratmış, yaratdığı hər şeydə Öz ucalığının və qüdrətinin dəlilləri olan qeyri-adi möcüzələr var etmişdir. Canlıların müxtəlif məqsədlər üçün istifadə etdiyi bığcıqları da hər gün yeni xüsusiyyətləri kəşf edilən yaradılış möcüzələrindən biridir.

 Qarışqaların “bığcıq dili”

 Keçən əsrdə qarışqalar üzərində aparılan elmi tədqiqatlar bu kiçik heyvanlar arasında mürəkkəb ünsiyyət şəbəkəsi olduğunu üzə çıxarmışdır.

İnsan qarşısına çıxan bir neçə qarışqanı bir-birindən ayırd edə bilməsə də, bir-birinin tamamilə bənzəri olan qarışqalar bir-birlərini asanlıqla tanıya bilirlər.

 Qarışqalar bir-birlərini necə tanıyırlar?


Ardı →

Maraqlı məlumatlar

Snayper sözü ilk dəfə ovçular tərəfindən işlədilmişdir. Səbəbi isə şəkildə gördüyünüz quşdur. Onun adı snipe-dır. Ovçuların onu nadir hallarda ovlaya bildiyi üçün snayp quşunu ovlayan ovçular snayper adlandırılmışdır.


Ardı →

Alimlərin heyvanlar aləmi ilə bağlı daha bir sübutu

Alimlər yeni bir faktla heyvanlar aləmi üzrə aparılan araşdırmalarda indiyə qədər elmdə mübahisəlı bir mövzunu sübüta yetiriblər. Bələ ki, alimlər sübut ediblər ki, hətta 300 milyon il əvvəl də həşəratlar mövcud olub.

Fransa, Almaniya, Çexiya, ABŞ və Rusiyadan olan bir qrup alim 300 milyon il əvvəl həşəratların olduğunu sübuta yetiriblər.

Rusiya mətbuatına istinadən, bu barədə «Nature» jurnalı məlumat yayıb.
Alimlər daşların muzey kolleksiyalarını araşdırdıqdan sonra bu faktı sübut edə biliblər.

Fransa və Almaniya ərazisindən götürülmüş daşlara mikroskop altında baxdıqda kiçik həşəratları görə biliblər. Bu həşəratlar çox kiçik olublar. Qanadları tam açıldıqda isə 4 mm-dən 14 mm-ə qədər olub.


Davamı →