Dişlər niyə çürüyür?

Dişlərin çürüməsinə uşaqlar arasında daha çox rast gəlinir. Bunun əsas səbəblərindən biri də rejimsiz qidalanmadır.
Karbohidratların bakteriyalar tərəfindən parçalanması nəticəsində turşu ifraz olunur və diş səthində pH faktoru (mühitin turşluluğunun göstəricisi) aşağı enir ki, bu da kalsium ve fosfor ionlarının diş minasından ayrılması ilə nəticələnir.

Uşaqların inkşafı dövründə fosfor, kalsium və florun miqdarı az olduqda, eyni zamanda şəkərli və karbohidratlarla zəngin olan qidalardan daha çox istifadə edildikdə çürümə baş verir. Dişlərin vaxtında və kifayət qədər təmizlənməməsi də kariesin yaranma səbəblərindəndir.

Hamiləlik, yanlış olaraq dərmanlardan istifadə, orqanizmin müdafiə funksiyasının zəifləməsinə və dişlərin daha tez çürüməsinə səbəb olur.


Ardı →

Körpələri necə yatırmalı?

Körpə dünyaya gələn zaman anaları ilk maraqlandıran məsələ ona necə qulluq etmək, yatızdırmaq, əmizdirmək və başqa qulluq metodları ilə bağlı olur. 
Məşhur “Uşaq və ona göstərilən qulluq” kitabında Spok uşağı doğulduğu gündən üzü üstə yatırtmağı tövsiyə edir. O birilərsə, körpələrin qəfildən ölümü hallarının sayca azalması statistikasını və digər amilləri göstərərək, uşağı arxası üstə yatmağa öyrətməyi məsləhət görür. 
Son illər ərzində bir çox həkim yeni doğulmuş körpələri düz və bərk yerdə, həmçinin dörd qatlanmış bələyin üstündə yatırtmağı məsləhət görür. Onlar öz fikirlərini onurğa sütununun ehtimal olunan əyilməsi, körpə yumşaq yerdə uzandıqda, başının tərləməsi, QÖS (qəfildən ölüm sindromu. Onun səbəbləri, əslində, məlum deyil, yalnız fərziyyələr mövcuddur) profilaktikası ilə əsaslandırırlar.
Ardı →

Həkimə nə vaxt getməli?

Çoxları həkimə müraciət etməyi artıq hesab edirlər. Düşünürlər ki, hər hansı nasazlıq, əhvalın yüngül pozulması öz-özünə də keçib gedə bilər. Bunun üçün həkim çağırmağa ehtiyac yoxdur. Lakin sadə qaydalar mövcuddur: əgər yaxşılaşma yoxdursa və ya xəstəlik azalmaq əvəzinə daha da şiddətlənirsə, mütləq peşəkar həkimin köməyinə müraciət etmək lazımdır. Əgər bir neçə sutka ərzində temperaturun yüksək olması, bu və ya digər orqanlarda ardı-arası kəsilməyən ağrılar, sancılar mütləq həkimə müraciət etməyə əsas yaradır.


Ardı →

Yay dövründə orucla bağlı həkim məsləhətləri

Artıq məlum olduğu kimi, bu ilki mübarək Ramazan ayı yay mövsümünə təsadüf etmişdir. Nəticədə oruc tutma müddəti 16-17 saata qədər davam edir. Bununla əlaqədar olaraq həkimlərin bir neçə özəl məsləhətləri vardır.

Həkimlərin xüsusi tövsiyəsi olmuşdur ki, bu müdət ərzində bədənin tələb etdiyi minimum su balansının qorunması üçün imsakdan yarım saat öncə və iftardan bir saat sonra çoxlu maye qəbul edilsin. O cümlədən, həkimlər məsləhət görür ki, çox tünd çaydan, kofedən və kakaodan çəkinmə məqsədəuyğundur.

Barak Obama doktor kimi

Bununla yanaşı, obaşdan zamanı göyərtinin, meyvənin yeyilməsi məsləhətə uyğundur. Və bu gün ərzində insan bədənində mayenin qorunmasına köməkedici amillərdəndir. Həmçinin, həkimlərin yay mövsümü zamanı tövsiyəsi budur ki, imsak zamanı qızardılmış, çox yağlı, şirin, ədavalı yeməklərdən çəkinilsin. Belə ki, bunlar susuzluğa səbəb olan başlıca amillərdəndir.
Davamı →