Həsəd

Mötəbər nəsslərdə haqqında əzab vədəsi verilmiş günahlardan biri də həsəddir. Həsəd bir şəxsə bir nemət, həm də ona layiq olan bir nemət verildikdə ondan məmnun olmamaq, onu istəməmək və o nemətin onun əlindən çıxmasını istəməkdir. Bu isə qəti dəlillərlə haramdır. Allah-Taalanın təqdirini və hökmünü bəyənməmək deməkdir. Qəlbin çirkinliyidir, xəbislikdir.
“Şərayi” kitabının müəllifi Mühəqqiq Helli buyurur: “Həsəd etmək və möminlə düşmənçilik etmək günahdır. Onu təzahür etdirmək ədalətə ziddir. Yəni böyük günahdır”. Şəhid Sani də “Məsalik” kitabında yazır: “Həsəd və möminə qarşı düşmənçilik etmək bütün fəqihlərə görə haramdır. Bir çox rəvayətlərdə hər ikisi barəsində əzab vədəsi verilmişdir və hər ikisi böyük günahlardan hesab olunur.

Davamı →