Hamiləlik təqvimi

1. Hamiləliyin 1-ci həftəsi


Təxminən 7-ci gün
Adətən hamiləliyin başlanğıcı olaraq, hamilə qalınan gün kimi cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəli yəni son aybaşının ilk günü qəbul edilir. Bu vəziyyətdə aybaşınızın başladığı gün statistik mənada hamiləliyiniz başlandığı gün hesab olunur. Bu şəkildə hesablandığında insanlarda hamiləlik 280 gün yəni 40 həftə davam edir. Ay hesabı etmək qarışıqlığa səbəb ola biləcəyindən siz də hamiləliyinizi izləyərkən həftə olaraq ifadə etməyi öyrənməli və ay hesabını buraxmalısınız.
28 gündə bir aybaşı olan qadın üçün mayalanma zamanı aybaşının başlanğıcından etibarən 14 gün ətrafındadır. Bu günlər zərərli vərdişlərdən imtina etmək üçün ən uyğun dövrdür. Məsələn, siqaret çəkməyə son qoyulmalı, spirt və dərman qəbulu məhdudlaşdırılmalıdır. Uyğun və sağlam qidalanma vərdişi əldə edilməyə çalışılmalıdır. Bu vərdişlər rahat bir hamiləlik müddəti üçün də əhəmiyyətlidir. Bol miqdarda təzə meyvə və tərəvəz qəbul etmək, süni maddələr təşkil edən qidalardan uzaq dayanmaq və ola bildiyincə çox su içmək faydalıdır. Hamiləlik əvvəli dövrdə müsbət düşünmək və mümkün olduqca istirahət edərək stressdən uzaq dayanmaq dünyaya gətirməyə çalışdığınız körpəniz üçün olduqca yaxşı bir başlanğıc olacaq.
Davamı →

Qısa hamiləlik təqvimi

Təxminən menstruasiya dövrünün 14-cü günündə toxum hüceyrəsi yetkinləşir və mayalanmaya hazır olur. O, yumurtalıqdan çıxır və uşaqlıq yoluna (fallopian yoluna) düşür, orada isə 24 saata qədər həyat qabiliyyətini qoruyur; əgər mayalanma baş verməsə, toxum hüceyrəsi məhv olur və növbəti menstruasiyada uşaqlıq ifrazatı ilə xaric olur.
Orqazm zamanı kişi qadının uşaqlıq yoluna 200 — 400 mln spermatozoid ifraz edir. Spermanın çox hissəsi geriyə axır, spermatozoidin qadın orqanizmində qalan hissəsi hədəfə çatmır, lakin onun bir qismi uşaqlıq yolu ilə uşaqlıq boşluğuna və oradan da fallopian yollarından birinə daxil olur. Burada spermatozoidlər 48 saat ərzində həyat qabiliyyətini qoruya bilir. Spermanın tərkibində toxum hüceyrəsi pərdəsini aralayan maddə var ki, bu da spermatozoidin ora daxil olmasına imkan yaradır. Bundan sonra digər kişi hüceyrəsi içəriyə daxil ola bilmir. Spermatozoid yumurta ilə qarışır və təkhüceyrəli rüşeym – ziqota əmələ gətirir.
Davamı →