Döymənin zərərləri

Tatuaj/döymə, son illər tələbolunan bir estetik müdaxiləyə çevrilib.
Amma bunun zərərlərindən nə qədər xəbərdarıq ? 

İllər ötdükcə gözəllik xatirinə müxtəlif üsullar — tatu, pirsinq, botoks, silikon və s. meydana çıxdı. Bunlar çox zaman qəbul olunmasa da, yeniliyi və qeyri-adiliyi sevənlərin sayəsində cəmiyyətin gözü bunlara alışmağa başladı. Bu gün çox az qadın tapmaq olar ki, süni gözəllik üsullarından istifadə etməsin. Qadınların ən çox müraciət etdiyi üsullardan biri də
Davamı →

İslamda musiqi, rəsm, heykəltaraşlıq, teatr və kino niyə haramdır?

Hamımız sənət insanlarının möminlər tərəfindən lənətləndiyini bilirik. İslam dinində musiqinin, rəssamlığın, heykəltaraşlığın, teatr və kino sənətinin, bəzi hallarda ədəbiyyatın da haram buyurulduğu bildirilir.
Quranda bütün bunların açıq-aşkar haram olduğuna dair heç bir ayə yoxdur. Lakin müxtəlif ayələrin ümumi mənası özündə ehtiva edir ki, sənətin dinə, Allaha və onun peyğəmbərinə bağlı olmayan bütün növləri haramdır.
İslamda ən güvənilən hədis kitabı olan “Səhih-Buxari”də belə deyilir: “Rəsm çəkənlərə qiyamət günü əmr olunacaq ki, çəkdikləri rəsmə can versinlər. Əlbəttə, onlar öz rəsmlərinə can verə bilməyəcəklər və dəhşətli əzaba məruz qalacaqlar”.

Davamı →

“Hacı pivəsi” halaldır, yoxsa haram?

Dindarların alkoqolsuz pivə içməsi nə dərəcədə düzgündür? İslam dinində məqbul hesab edilməyən bir çox şeylər var. 


Spirtli içkilərin qəbulu da yasaqdır. Buna baxmayaraq, el arasında «hacı pivəsi” adı ilə içkilərin satışına rast gəlmək mümkündür. Bəs dindarların alkoqolsuz pivə içməsi nə dərəcədə düzgündür?

Dini yazar, ekspert Kənan Rövşənoğlu sözügedən spirtsiz içkinin, yəni „hacı pivə”sinin qəbulunu məqbul sayır.

“Bu pivə növü də arpadan istehsal olunur. Spirtsiz olduğuna görə, ondan istifadəyə şəriət icazə verir. Dini baxımdan heç bir qadağa yoxdur. Tərkibində alkoqol olmayan içkinin istehlakı məqbuldur. Quran və hədislərdə yalnız ağlı başdan aparan, insan iradəsinə təsir edən içkilər, xüsusilə şərab haramdır”.

Kənan Rövşənoğlunun sözlərinə görə, „hacı pivəsi”nə görə dindarlara irad tutulması yanlışdır. “Tərkibində qadağan olunan maddə, yəni alkoqol yoxdursa, buna görə insanı necə tənbeh etmək olar? Ümumiyyətlə, dindar olan adamlar üçün istinad nöqtələri var. Əgər tərkibində müsəlman üçün haram heç nə yoxdursa insanlar niyə onu qəbul etməsin?!”   

Mənbə: ailem.az 


Davamı →