Kökəldən və tüklənməyə səbəb olan xəstəlik

Son bir neçə ildə tibb elminə məlum olmayan müxtəlif xəstəliklər meydana gəlib. Deyilənə görə, bütün bunların səbəbi atmosferin həddindən artıq çirklənməsi, fəst-fut qidaların çoxalması, mənşəyi məlum olmayan dərmanların harada və necə gəldi satılmasıdır. Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur.

Davamı →

Anti müllerian hormon

AMH (anti-müllerian hormon) qadın və kişi orqanizmində olan qlikoprotein strukturunlu bir maddədir. Transforming growth β (TGF-β) ailəsinin bir üzvüdür. Müxtəlif funksiyalarının olmasına baxmayaraq başlıca funksiyası cinsiyyəti fərqləndirməsidir. Adı da elə buradan gəlir.
«Anti-müllerian» sözünün mənası: Müller- "əleyhinə" deməkdir. Müller kanalı (paramezonefrik kanal) dişi döldə boru, uşaqlıq və uşaqlıq yolunun yaranmasını təmin edən kanaldır. Mayalanma və hamiləlik nəticəsində kişi döldə meydana gələrsə testislərdən anti-müllerian hormon ifraz olunaraq bu kanalın inkişafına mane olur.

Davamı →

Hormonal pozğunluq

Müasir dövrdə ən çox yayılan problemlərdən biri də hormonal pozğunluq sayılır. Bu xəstəliyin eradan əvvəl mövcud olmasına baxmayaraq, onun adı və səbəbləri 1962-ci ildə tapılıb və buna görə də hormonal pozğunluq müasir dövrün xəstəliyi sayılır. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox xəstəliklərin də əsasını qoyur. Məlumdur ki, hormonlar orqanizmin funksiyasına, çəkinin artmasına, vəzlərin normal inkişafına nəzarət edir. Hormon daxili sekresiya vəzlərinin məhsuludur. Onun balansının pozulması endokrin sistemin funksiyasını tamamilə məhv edir.
Dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur, hətta sonsuzluğa belə gətirib çıxarır.  Digər tərəfdən isə hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edib, insanı kor qoya bilər.
Davamı →