25. işsizliyin səviyyəsi necə ölçülür?

ABŞ-da işsizliyin səviyyəsinin ölçülməsi ilə Əmək statistikası bürosu (ƏSB) məşğul olur. Bu qurum Əmək Nazirliyinin şöbələrindən biridir. ƏSB hər ay işsizliyin səviyyəsi və əmək bazarının başqa parametrləri, yəni müxtəlif sahələrdəki məşğulluq, iş həftəsinin orta davamiyyəti və işsizin işlə təmin edilməsi üçün lazım olan orta vaxt haqqında məlumatlar nəşr edir. Bu gös­təricilərin hesablanması üçün ilkin məlumatlar təxminən 60 000 ev təsər­rüfatından alınmış sorğunun nəticələrindən ibarətdir.
ƏSB 16 yaşından böyük olan hər bir vətəndaşı aşağıdakı üç qrupdan birinə aid edir:


  1. məşğul (yaxud işi olan);

  2. işsiz;

  3. işçi qüvvəsinə aid olmayanlar.

Ardı →