Ramazan ayının gündəlik duaları (İkinci gün)

İkinci günün duası:

Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin!

Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!

İslam təlimlərinə görə Allah-taala tərəfindən vəzifə kimi yerinə yetirilməsi buyurulmuş hər bir əməldə əsas niyyət Allaha yaхınlaşmaq və Onun razılığını əldə etmək, qazanmaq olmalıdır. Hər bir əməlin dəyəri məhz onun Allahın razılığını qazanmaq istiqamətində olması və bu niyyətlə yerinə yetirilməsidir. Allah-taalanın nədən razı olub nədən razı olmamasını bilmək üçün Qurani Kərimə, bəzi ayələrə nəzər salaq: Allah bəndələrinin nankorluq və naşükürlük etmələrindən razı deyil, onların şükr etmələrindən razıdır, (Zumər 7); Allah fasiqlərdən razı deyil (Tövbə 96); Peyğəmbərin yolunun düzgün və həqiqi davamçılarından razıdır (Tövbə 100); Allahdan qorхanlardan razıdır (Bəyyinə 8). Ümumiyyətlə Allah-taalanın peyğəmbərlər göndərməsi və peyğəmbərlərin şəriət gətirmələrinin məqsədi insanlara Allahın nədən razı, nədən narazı olmasını bəyan etməkdir. Allahın yerinə yetirilməsini əmr etdiyi və ya qadağan etdiyi hər bir şey Allahın razılığının meyarı əsasındadır.

Ardı →