İnsult və ağızəyilmədə ilk yardım

İnsult simptomları olan insanı təcili yardım gələnə kimi iynə ilə xilas etmək mümkündür.

Bunun üçün ilk növbədə əl barmaqlarının ucu, dırnağa yaxın hissəsi intensiv basılaraq, 10 barmağın hamısına iynə batırılır. Qan çıxması mütləqdir.

İnsanın üzü, ağzı əyilirsə onun qulaqlarını qızarana kimi masaj edib, qulaq ucunun ən yumşaq hissəsinə bir neçə dəfə iynə batırılır. Qulaqdan da qan çıxması vacibdir. 
Davamı →

Heymlix texnikası

Qəfil ölüm səbəblərindən biri də dünyada durduğu yerdə nəfəs borusuna yad cismin düşüb, tənəffüsün qarşısını almasıdır. Daha çox uşaqlarda rast gəlinən bu böyüklərdə yemək yeyərkən ehtiyatsızlıqdan baş verir. Balıq, toyuq sümüyü, hər hansı qida qalığı və ya sadəcə yad cisim yemək borusuna yox, nəfəs borusuna düşür.

Dəqiqələr içində boğulmağa başlayan insan təcili yardım gələnə kimi ölə bilər. Ətrafdakılar boğulana yardım üçün su verir, kimsə barmağı ilə çıxarmağa çalışır, kürəyinə döyəcləyir, amma bütün bunlar effektsiz ola bilər.
Davamı →

İnfarkt zamanı ilk yardım

İnfarkt bütün dünyada ölümün ilk səbəbidir. İnfarktın ilk simptomlarında (döş sümüyünün arxasında ağrı və ağırlıq, taxikardiya, çənədə, sol qolda ağrılar, nəfəsalmanın çətinləşməsi, güclü zəiflik) nitroqliserin həbini qəbul etmək və buna əks-göstərişlər yoxdursa 1 həb aspirin çeynəmək lazımdır. Dərhal «təcili yardım» çağırın. 5 dəqiqədən sonra ağrı keçmirsə növbəti həb nitroqliserin qəbul edin.

Lakin ürək tutması «qəfil qonaq»dır və bizi istənilən yerdə yaxalaya bilər. Məsələn, ürək tutması zamanı insan çöldə ola bilər ki, bu zaman onun yanında lazım olan dərmanlar olmaya bilər.
Davamı →

Uşaq batareya udubsa

Balaca uşaqlar ətrafda olan əşyaları tək gözlə deyil, ağızla da «tədqiq» etməyə xoşlayır.
Bu səbəbdən uşaqlar tez-tez kiçik əşyaları udur. Onların əksəriyyəti təbii yolu ilə çıxır, lakin bəziləri uşaq orqanizmində çox ciddi fəsadlar törədə bilər. 

Belə əşyalardan biri kiçik batareyalardır. Batareya ağız suyu ilə reaksiyaya girəndən dərhal sonra çox güclü yeyici məhlul əmələ gəlir ki, bu məhlul qida borusunu, nəfəs yollarını, səs telləri, iri damarlarda ağır zədələnmələrə və hətta uşağın ölümünə səbəb ola bilər.

Valideynlər bunu mütləq bilməli və uşaq batareyanı udduqda sonra onu dərhal xəstəxanaya çatdırmalıdır. Batareya uşaq orqanizmindən nə qədər tez xaric olunarsa, onun mənfi təsiri də bir o qədər az olacaq.
Davamı →

Günvurmanın simptomları

İsti havada günvurma halları artır. Günvurma çox ciddi pozulma sayılır ki, vaxtında lazım olan tədbirlər görülməzsə insan hətta həyatını itirə bilər. İstinin təsirindən beyin qan dövranı kəskin pozulur ki, bu da çox ağır fəsadların inkişafına (koma, insult, iflic) səbəb ola bilər. Günvurma yaşlı insanlar, ürək-damar, şəkərli diabet xəstələri, kiçik yaşlı uşaqlar üçün xüsusilə təhlükəlidir. Günvurmanın əsas simptomlarını bilmək çox vacibdir!

Bu simptomlar arasında:
— zəiflik — başgicəllənmə
— güclü baş ağrısı
— qulaqlarda küy
— nəfəsalmanın tezləşməsi
— nəbzin tezləşməsi
— üşümə
— ürəkbulanması və qusma
— hərarətin 40 C və ya daha artıq yüksəlməsi
— ağır hallarda qıcolmalar və huşun itirilməsi.
Davamı →

Boğazda nə isə qalanda...

Boğazda hər hansı yad cisim (qida, sümük, meyvə tumu və s.) qaldıqda nəfəs yolları qismən bağlana bilər.

Bu zaman insan çətinliklə də olsa nəfəs ala və danışa bilir. Belə vəziyyətdə orqanizmin müdafiə mexanizmi olan öskürək köməyə gəlir — insan öskürür və yad cisim əksər hallarda xaric olur. Lakin bəzən yad cisim nəfəs yollarını tam bağlaya bilər ki, bu zaman insan nə nəfəs ala, nə danışa, nə də öskürə bilir, boğulur, göyərir. Bu çox təhlükəli vəziyyətdir ki, insan dəqiqələr ərzində həyatını itirə bilər.
Davamı →

Gün yanıqları

Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq gün yanıqları özünü dərhal büruzə vermir, insanı «aldadır». Yalnız çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.

Gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir ki, bu yanıqlar dəri xərçənginin riskini artırır. Bu səbəbdən çimərlikdə dincələndə özünüzü gün yanıqlarından mümkün qədər qoruyun.
Davamı →

Əzilmə və sərpmə zamanı ilk tibbi yardım

Güclü zədələr və hündürdən yıxılmalar zamanı bədənin müxtəlif hissələrində əzilmlər baş verə bilir. Bu patoloji hala əzilmə zəhərlənməsi və ya travma toksikozu da deyilir. Yumşaq toxumaların əzilməsi adətən göyərmələr və soyumalar şəklində özünü biruzə verir. Əgər zədə nahiyyəsi böyükdürsə zədələnmiş yerdən yuxarı nahiyyəyə turna qoyulur.

Bu əzilmiş yumuşaq toxumalardan zəhərli maddələrin qan dövranına qoşulmasının qarşısını almaq üçündür. Ətraflarda soyuma, göyərmə yoxdursa, sıxıcı bint sarğısı qoymaqla da kifayətlənmək olar. Turna qoyulduqdan sonra xəstəyə ağrıkəsici vurulur və həkimə qədər tərpənməz vəziyyətdə saxlanılır.

Davamı →

Yanıqlar zamanı ilk tibbi yardım

Yanıqlar zamanı ilk tibbi yardım yanıq travması alan adamın əynindəki paltarları çıxarmaq olur. Əgər yanma oddan baş vermişsə və hələ də söndürmək mümkün deyilsə bu zaman əl altında olan iri həcmli parçayla alovun üstünü örtmək lazımdır. Bu parça adyal, iri dəsmal, divanüstü – bir sözlə əl altında nə varsa ola bilər.

Yox əgər yanğın qaynar su və ya turşular vasitəsilə törədilibsə, tez bir zamanda paltarları cırıb xəstənin əynindən çıxarmaq lazımdır.
Davamı →

Qaz zəhərlənməsi zamanı ilk tibbi yardım

Son illər qış aylarında qaz zəhərləmələrini nəzərə alaraq, qaz zəhərlənmləri zamanı ilk tibbi yardım barədə sizi məlumatlandırmaq istəyirik. Qaz zəhərlənmələri müxtəlif cür qazlardan meydana çıxa bilir. Bu cür zəhərlənmələrin bir-neçə növü vardır:
* təbii qazdan əmələ gələn
* karbonmonoksiddən əmələ gələn
* qaz yağı zəhərlənməsi
* kömürün yanmasından əmələ gələn zəhərlənmələr və s.

Qazın iysiz, rəngsiz, dadsız olması onun orqanizmə rahatca girməsinə və zəhərləməni asanlıqla öz işini görməsinə səbəb olur. Bəzən qaz zəhərlənmələrinə “səssiz ölüm” deyilməsi öz adını buradan götürmüşdür.
Davamı →