Sifilis 3 il gizli gedə bilər

Sifilis dəri, selikli qişalar, daxili orqanlar, sümüklər və sinir sisteminə təsir edən cinsi yolla keçən infeksiyadır. Sifilis əsasən cinsi əlaqə yolu ilə ötürülür.
Lakin bəzi tibbi prosedurlar zamanı bakteriyaların qan vasitəsilə ötürülməsi mümkündür: ülgüclər, dırnaq qayçıları, diş fırçaları və s. vasitəsilə. Son mərhələlərdə xəstəlik iflicliyə, psixi pozğunluqlara və hətta ölümə səbəb ola bilər.

Davamı →

Çiçək xəstəliyi nədir, necə yayılır?

Tarixdə dünyada epidemiyalara səbəb olan bir çox xəstəlik var. Lakin tətbiq edilən peyvəndlər sayəsində onların əksəriyyətinin yalnız adları yadda qalıb. Onlardan biri də çiçək xəstəliyidir.
Çiçək xəstəliyi hər yaşda olan insana təsir edə bilən bir xəstəlikdir, lakin daha çox uşaqlarda rast gəlinir. Xəstəlik dəridə ciddi yaralara səbəb olur. Qulaq, burun və ağızda belə əmələ gələn bu yaralar xəstənin həyat keyfiyyətinə çox ciddi şəkildə təsir edir.

Davamı →

Qarşısı alınmış yoluxucu xəstəliklər

Hal-hazırda alimlər hər gün bütün dünya üzrə çox sayda insanın həyatını alan koronavirusun müalicəsinin axtarışındadırlar.
Bu çətin dövrdə çoxları koronavirusun ilk epidemiya olmadığını və bəşəriyyətin əvvəllər də müalicə olunmayan xəstəliklərlə mübarizə apardığını xatırlayır. İnsanların indiyədək məğlub etdiyi yoluxucu xəstəliklər haqqında danışacağıq.

Davamı →

İnsanlar bakteriyalardan necə asılı qalır?

İnsan orqanizmində çoxlu sayda mikroblar mövcuddur. Biz onları görməsək də, heyvanlar daxil olmaqla bütün insanlar bakteriyalardan çox asılıdır. Bəzi mikroorqanizmlərin insanı öldürdüyü ki, digərləri olmadan insan yaşaya bilməz. Bakteriyalar hətta bəzi heyvanları idarə edir. Bu necə olur?
Ilk olaraq, orta yaşlı bir insanda olan bütün mikrobları toplayıb bir bir parçaya bürüdüyünüz təqdirdə, iki kiloqrama yaxın bakteriya əldə etmiş olarıq. Bu, haradasa beyinin kütləsiylə eyni ola bilər. Mikrobları görmürük, lakin buna baxmayaraq onlar insan dərisində və insanın daxili orqanlarda mövcuddur.

Davamı →

Bəşəriyyəti süqutun astanasına yaxınlaşdıran viruslar

Dünya yaranandan bu yana insanların törətdiyi saysz-hesabsız dəhşətli müharibələrə şahidlik edib. Ancaq dünyanı qana çalxalayan insan oğlu bu aləmdəki ali qüdrətin özü olmadığını unutmuş və nəticədə bunun cəzasını hələ də çəkməkdədir.
Canlı təbiətin ayrılmaz hissəsi olan viruslar müxtəlif dönəmlərdə planetdəki həyatı süqutun bir addımlığına gətiriblər. İnsanlar qədim dövrlərdən bu yana daim “gözəgörünməz düşmənlər”in hücumuna məruz qalaraq onlara qarşı mübarizədə aciz duruma düşüblər və yüz milyonlarla itki veriblər.

Davamı →

Uşaqların yay travmaları

Yay aylarında valideynlər öz uşaqlarına qarşı çox diqqətli olmalıdırlar. Uşaqlar tez-tez yıxılır və nəticədə dərinin tamlığı pozulur – dəri sıyrılır, yara əmələ gəlir. Dəri orqanizmin qoruyucu təbəqəsidir. Bu təbəqənin tamlığı pozulduqda müxtəlif təhlükəli mikroblar orqanizmə asanlıqla daxil olurlar ki, bu nəticədə müxtəlif və bəzən çox ağır xəstəliklərə səbəb ola bilər.
Davamı →

Cinsi orqanlarda göbələk xəstəliyi, kandidoz

Cinsi yolla da yoluxa bilən xəstəlik olub törədicisi kandida cinsindən olan göbələklər, 80 – 90 % – ə qədər hallarda candida albikans göbələyidir. Xəstəlik kişilərə nisbətən qadınlarda 10 dəfə çox rast gəlinir. ( Cinsi orqanlarda göbələk xəstəliyi, kandidoz )
Xəstəliyin yaranma səbəbi və yoluxma yolları
kandidozlu xəstə ilə qoruyucusuz cinsi əlaqədə olmaq – uzun müddət geniş təsir spektirli antibiotiklərdən istifadə etmək – immunitetin zəifləməsi – şəkərli diabet – C, B2, B6 vitamin çatışmazlığı – vaginal ( uşaqlıq yoluna ) qoyulan müxtəlif tərkibli şamlar – hamiləlikdən qorunmaq üçün istifadə olunan preparatlar ( kontraseptivlər ) – kontakt – məişət yolu ( xəstə insanın çirklənmiş paltarları, əşyaları ilə kontakt zamanı da yoluxma mümkündür ).
Davamı →

Evdə uşaqlardan valideynə keçən 5 xəstəlik

Ailədə övladınızdan sizə keçəcək bir sıra xəstəliklər var ki, istər-istəməz onlar qarşısında müdafiəsizsiz. Özü də bu xəstəlikləri uşaq nə qədər ayaqüstü, yüngül keçirirsə, böyüklər daha ağır keçirib yatağa belə düşürlər.
1.Qızılca
Hava-damcı yolu ilə keçir. Əgər evdə uşaq qızılca çıxarıbsa, qapı dəstəyi ilə belə digər ailə üzvlərinə keçə bilər. Qızılca olan uşaq ilk 4 gündə yoluxdurucu təhlükəli olur.
Uşaqlarda qrip kimi başlayır, 10 gün ərzində bədən səpir. Əgər ağırlaşma olmasa və ya uşağın immuniteti mübarizə aparsa, müalicə edilməsə belə, sadəcə yataq rejimində olmaqla qızılca 10 -12 gün ərzində özü keçir. Daha çox südəmər körpələr və 5 yaşa kimi uşaqlar təhlükə altındadır və ağır keçirir.
Davamı →

Cinsi yolla keçən xəstəlik

Qonoreya (süzənək), sifilis və xlamidiya cinsi yolla yoluxan xəstəliklərdir. Və bunlardan bir çox insan xəbərdardır. Lakin ictimai sağlamlıq rəsmilərinin bildirdiklərinə görə, inkişaf etməkdə olan bir sıra yeni və güclü xəstəliklər mövcuddur.
Həmişə yeni xəstəliklər yaranır və cinsi yolla keçən xəstəliklər də istisna deyil.
Bu yazıda sizə ictimai sağlamlıq üçün ciddi təhlükə sayılacaq dörd bakteriya haqqında məlumat verəcəyik.

Davamı →