Beyin-damar problemlərində tibbi yardım

İNSULT («beyin zərbəsi») — beyni qanla təchiz edən arteriyalar sistemində kəskin qan dövranı pozğunluğu. Çox vaxt insulta səbəb beyin damarlarının aterosklerozu və arterial hipertoniyadır. İnsult, adətən, iti inkişaf edir, bərk baş ağrısı, baş gicəllənməsi, qusma baş verir, şüur itirilir. Ayrı-ayrı nevroloji pozğunluq ocaqları (sifətin asimmetriyası, nitq pozğunluğu, parezlər, ətrafların iflici) əmələ gəlir. Geniş inkişaf etmiş insultlar komatoz vəziyyətin inkişafı (beyin koması) ilə müşayiət olunur.
Kəskin insulta məruz olmuş xəstə üçün tam rahatlıq təmin edilməli və təcili surətdə həkim çağırılmalıdır. Həkimin təyin etməsi üzrə xəstəyə beyin qan dövranını yaxşılaşdırıcı dərmanlar: eufillin, maqnezium-sulfat, papaverin yeridilir.
KOLLAPS — arterial təzyiqin kəskin surətdə aşağı düşməsi və periferik qan dövranının kobud pozğunluğu ilə fərqlənən iti damar çatışmazlığı. Kollaps əksəriyyətlə çoxlu qan itirilməsi, travmalar, miokard infarktı, zəhərlənmələr, kəskin infeksiyalar və s. hallarda inkişaf edərək, ən təhlükəli mürəkkəbləşmələrdən, bəlkə də xəstənin ölməsinin vasitəsiz səbəblərindən biridir.
Ardı →