Klara Setkin-gənc yaşlarından ipə-sapa yatmayan qadın

1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində İlk Beynəlxalq Qadınlar Yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd olunması təklifini verdi və təklif qəbul edildi.
Beynəlxalq Qadınlar Günü ideyasının müəllifi olan bu xanım inqilab ideyalarının qorunmasında kompromisə getməməsinə və sərt xasiyyətinə görə “Vəhşi Klara” ləqəbini alıb. Lakin sosializmin qələbəsi onun yeganə arzusu deyildi. «Qadın məsələsinin» həllində radikallığı ilə seçilən aktivist xanım azad sevgi uğrunda mübarizə apararaq, bu ideyaları öz həyatında da yaşayır.
Davamı →