Sayların isimlərlə əlaqəsi

Bildiyiniz kimi, Azərbaycan dilində saylarla isimlər arasındakı sintaktik əlaqə yanaşmadır. Bundan fərqli olaraq rus dilində sayların bəzi növləri (sıra saylarının hamısı, miqdar saylarının bəziləri) isimlərlə uzlaşır (əlbəttə, söhbət adlıq haldan gedir). Digər qrup saylardan (məsələn, два, три, четыре) sonra isimlərin yiyəlik halı tələb olunur, пять və ondan sonra gələn saylar isimlərin yiyəlik halının cəmi ilə işlənir (məsələn: пять—сорок—сто учеников, подруг, книг, парт və s).
Istər rus, istərsə Azərbaycan dilində saylar əsasən əşyanın miqdarını və sırasını bildirir. Lakin kəsr və toplu saylar da vardır. Məna və qrammatik xüsusiyyətlərinə görə saylar dörd yerə bölünür:
1) miqdar (один, два, тысяча, миллион, миллиард, сто, сорокvə s.);
2) sıra (первый, второй, сотый, сороковой, шестой və s);
3) toplu (двое, четверо, семеро, трое, шестеро və s);Onların sayı cəmi doqquzdur—от двое до десятеро).
4) kəsr saylar (две девятых, одна четвёртая və s).
Ardı →