İsmi xəbərin rəvayəti

Türk dilində ismi xəbərin rəvayəti «imiş» köməkçi feli vasitəsilə əmələ gəlir. "İmiş" köməkçi feli qoşulduğu adlardan həm ayrı, həm də bitişik yazılır. Sözdən ayrı yazıldıqda təkvariantlıdır, yəni bir cür (imiş) yazılır; bitişik yazıldığı zaman ahəngə uyğun olaraq dörd cür (-mış, -miş, -muş, müş) yazılır. Söz kökü saitlə bitərsə «imiş» köməkçi felinin əvvəlindəki «i» saiti «y» samitinə çevrilir.
İsmi xəbərin hekayəsi ilə rəvayəti arasında məna və üslub fərqi var. Doğrudur, hər iki forma ismi xəbərlə ifadə olunan fikrin keçmiş zamana aid olduğunu bildirir.
Davamı →

İsmi xəbərin hekayəsi

İsmi xəbərin hekayəsi «idi» köməkçi feli vasitəsilə əmələ gəlir. "İdi" sözü qoşulduğu adlardan həm ayrı, həm də bitişik yazılır. Sözdən ayrı yazıldıqda tək variantlıdır, yəni bir cür yazılır, bitişik yazıldığı zaman ahəng qanununa tabe olaraq dörd cür (-dı, -di, -du, -dü) yazılır. Sözün kökü saitlə bitərsə, «idi» köməkçi felinin başındakı «i» saiti «y» samitinə çevrilir. Şəxs şəkilçiləri (II kateqoriya) «idi» sözünə artırılır.
Davamı →