Çobanyastığı çayının 1001 faydaları

 * Çobanyastığını dəmləmək çox asandır. 2 çay qaşığı qurudulmuş çobanyastığını bir fincan suda dəmləyirik. Onu isti içmək lazımdır. Bəzən çobanyastığı çayına digər bitkilər də əlavə edirlər. Çobanyastığı güclü sakitləşdirici effektə malikdir, sinir sisteminə yaxşı təsir edir, yuxusuzluqla mübarizədə kömək edir. Gərginlik və narahatlıq bəzən mədə-bağırsaq sisteminin xəstəlikləri ilə əlaqədar olur. Çobanyastığı çayı mədənin selikli qişasının iltihabını götürür və ağrıları azaldır, ona görə də mədə və onikibarmaq bağırsağın xoralarında tövsiyyə edilir. Bağırsaq mikroflorasının pozulmasından əziyyət çəkənlər üçün də çobanyastığı çayı faydalıdır. O həmçinin böyrək və öd kisəsi daşlarında əla profilaktik vasitədir.


Ardı →