Musiqinin və laylayların körpələrə faydası

İnsan beyni inkişaf etdikcə son dərəcə açıq və işləndikcə işıldayan bir dəmir kimidir. Onu nə qədər bəsləsəniz inkişafını da o dərəcədə sürətləndirmiş olacaqsınız. Musiqi və ninnilər də körpənizin beyin hüceyrələri ilə ilk tanışlığı və xarici aləmə ilk xəbərdarlığıdır. Buna görə də ana bətnində olandan başlayaraq və xüsusi ilə də doğum sonrasından başlayaraq körpələrə həzin musiqi, klassik musiqi və ninnilər dinlətməyiniz tövsiyyə olunur.

Eşitmə duyğusunu unkişaf etdirməklə bərabər yaşadıqlarını da hafizəsində depolayan körpəniz doğumdan sonra bu metodla qarşılaşdıqda özünü rahat və xoşbəxt hiss edəcəkdir.

Ninni və musiqinin uşaqların həyatında rolu
Ninni və musiqi dinləmənin körpəniz üzərində meydana gətirdiyi müsbət təsiri xüsusi inkişaf sahələrinə görə fərqli başlıqlar altında qiymətləndirəcək olsaq da bunları söyləyə bilərik ki, körpənin zehni inkişafına etdiyi təsirləri saymaqla bitməz:

Məsələn, musiqi ilə erkən yaşlarda tanış olanlar, həm analitik və riyazi təfəkkür bacarıqlarına sahib olur, musiqi dinləmə qabiliyyətinin yaşıdlarına nisbətən daha çox inkişaf etdiyi müşahidə edilmişdir. Sinirlərin inkişafı körpələrdə qavrama bacarığının daha yaxşı inkişaf etməsinə səbəb olur.
Davamı →

Yeni doğulan uşaqlarda yaddaşın inkişafı

Yeni doğulmuş uşaq hələ ana bətnində ikən hər şeyi eşidir və yadda saxlamağı bacarır. O, anasının səsini tez tanıyır, onun ürək döyüntüsünü eşitdikdə sakitləşir.

Həyatının birinci ilində uşağın yaddaşı daha məhsuldar olduğundan bu dövrdən yaxşı istifadə olunmalıdır. Belə ki, kiçik şerlər, uşaq mahnıları oxumaqla körpənin söz ehtiyatını zənginləşdirmək lazımdır.

3 aylıq dövründə uşaq əşyaları tanımağa başlayır. Əvvəllər gördüyü əşyaları görmədiklərindən ayırd edə bilir. Amma körpənin gözü önündən itən hər şey onun üçün həmişəlik itki sayılır. Məsələn, əlindəki oyuncağın döşəməyə düşməsini uşaq həmişəlik yox olmuş kimi qavrayır.

Bu hal eynilə anaya da aiddir. Anası ilə birlikdə olanda o, özünü çox xoşbəxt hiss edirsə, ana başqa otağa keçən kimi körpə ağlamağa başlayır. Çünki o elə bilir ki, anası bir daha qayıtmayacaq. Ona görə də uşağın səsinə səs vermək, uzaqdan da olsa, onu danışdırmaq lazımdır ki, uşaq anasının yaxında olduğunu başa düşsün.

Belə olduqda uşaqda ilk məntiqi vərdişlər formalaşır: anamı görmürəm – deməli, o yoxdur? Amma səsini eşidirəm – deməli, o var. 
Körpənizlə gizlənpaç oynayın. Üzünüzü dəsmal və ya əlinizlə bağlayıb uşağın adını çağıraraq, ya da hər hansı bir səs çıxararaq üzünüzü açın. 

Belə oyunları uşaqlar çox xoşlayırlar. Onlar belə əyləncəli oyunlardan həm çoxlu müsbət enerji alırlar, həm də göz qabağından itən şeyin həmişəlik itmədiyini anlamağa başlayırlar.


Ardı →