Kişilər qadınları niyə tərk edir?

Sevgilinizin sizi niyə tərk etdiyini heç cür anlaya bilmirsinizsə, bu yazı məhz sizin üçündür. Kişilərin ayrılıq zamanı etiraf edə bilmədiyi əsl tərk etmə səbəblərini bilmək istəyirsinizsə, yazını sona qədər oxumağınızı tövsiyə edirik.

Yaxşı davam edən bir münasibətiniz birdən-birə səbəbini anlamadığınız bir şəkildə tərk edilməyiniz ilə nəticələndi? O, sadəcə “problem səndə deyil, məndədir” deyib getdi? Həqiqətən də problem sizdə yox, onda ola bilər. Ancaq həm də münasibətinizdə fərqinə varmadığınız bir çox problem də ola bilər. Münasibətlərinizdə eyni səhvləri təkrarlamamaq üçün bu problemlərin fərqinə varmağınızda fayda var.
Davamı →

Ata olmaq istəyən kişilərin diqqətinə

Uşaq sahibi olmaq istəyən cütlüklərin qarşılaşa biləcəyi bir problem olan sperma sayında və keyfiyyətində azalma gündən-günə artmaqdadır. Kişilərin bilmədən etdiyi bəzi hərəkətlər də buna səbəb olur.

Dar alt paltarı geyinmək
Ata olmaq istəyənlərin dar alt paltarlarını bol və rahat şortlarla dəyişdirməsi tövsiyə olunur. Belə ki, dar alt paltarı xayaları bədənə daha yaxın tutaraq, onların bədən istiliyi ilə isinməsinə səbəb olur. Bu isə sperma sayının azalmasına təsir edir. Stanford Universiteti ata olmaq istəyən 501 kişi üzərində araşdırma aparıb. Gen alt paltarı geyinən və gecə çılpaq yatan namizədlərin sperma sayı və keyfiyyətində artım müşahidə edilib.
Davamı →

Androloqa müraciət etmək üçün 10 əsas səbəb

Bir çox başqa kişilər kimi, siz də həyatın qarşınıza qoyduğu bütün suallara özbaşına cavablar tapmağa çalışırsız? Və əlbəttə ki, bu işdə sizin ən etibarlı köməkçiniz internetdir. Sağlamlığınızla bağlı problemlər ortaya çıxanda istisna deyil ki, ilk növbədə noutbuku açırsız. Həqiqətən də çox asandır: özündə hər hansı bir əlamətləri aşkar edib, axtarışa “açar” sözləri daxil edən kimi istənilən həyat məsələləri ilə bağlı cavablar alırsan.

Elə dərman preparatlarının əksəriyyətini də ölkəmizdə reseptsiz almaq mümkündür — getdin, aldın və qəbul etdin. Tez, ucuz və rahat. Fikirləşirsiz ki, xəstəliyi aldada bildiniz və ya qismətdən qaçdınız? Çox təəssüf ki, belə özbaşına müalicə pis nəticələrə gətirib çıxara bilər. Nəticədə isə:
Davamı →

Puberfoniya

Puberfoniya nədir, əlamətləri nələrdir? İnsanda özgüvən probleminə yol açan bu səs probleminin müalicəsi mümkündürmü?

Yeniyetməlik dövründə böyümə və hormonların təsiri ilə tənəffüs, fonasiya (səslənmə) və rezonans orqanları inkişaf etməyə, bu səbəbdən səsin pərdə və keyfiyyəti dəyişməyə başlayır. Bu dəyişikliklər oğlan uşaqlarında qız uşaqlarına nisbətən daha qabarıq olur. Yeniyetməlik dövründə pərdə və səs qırılmaları, stabillik və səs qısıqlığı kimi problemlər görülə bilər. Qırtlaq toxumasında hər hansı bir problem olmamasına rəğmən səs qalınlaşmayıb nazik qala bilər.
Davamı →