Spermanın keyfiyyətini artıran qidalar

Kişinin gücü və xoşbəxtliyi onun cinsi həyatından asılıdır. Kişilər bu mövzulara həssasdır və cinsi zəiflik və spermanın kəmiyyət və keyfiyyətinin düşməsindən çox qorxurlar. Spermanın keyfiyyəti isə kişinin qida rasionundan çox asılıdır.

Spermatozoid sayını və hərəkətliliyini artıran qidalar haqqında 2018-ci ildə Beynəlxalq Uroloji dərgidə də material dərc olunub. Orada yaxın gələcəkdə ata olmaq istəyən kişilərə C, E, A, vitamini, fol turşusu, antioksidantlarla zəngin qidalar yeməyi tövsiyyə edir.

Zülalla zəngin ət, quş əti
Qırmızı ət, quzu əti, quş və toyuq əti sink, zülal, B 12 vitamini ilə zəngindir. Eləcə də kişilər yumurta yeməlidir. Ət dedikdə, təmiz kəsim ət, kənd toyuğu nəzərdə tutulur. Yarımfabrikat və fast-fooddan uzaq durun.
Davamı →

Ata olmaq istəyən kişilərin diqqətinə

Uşaq sahibi olmaq istəyən cütlüklərin qarşılaşa biləcəyi bir problem olan sperma sayında və keyfiyyətində azalma gündən-günə artmaqdadır. Kişilərin bilmədən etdiyi bəzi hərəkətlər də buna səbəb olur.

Dar alt paltarı geyinmək
Ata olmaq istəyənlərin dar alt paltarlarını bol və rahat şortlarla dəyişdirməsi tövsiyə olunur. Belə ki, dar alt paltarı xayaları bədənə daha yaxın tutaraq, onların bədən istiliyi ilə isinməsinə səbəb olur. Bu isə sperma sayının azalmasına təsir edir. Stanford Universiteti ata olmaq istəyən 501 kişi üzərində araşdırma aparıb. Gen alt paltarı geyinən və gecə çılpaq yatan namizədlərin sperma sayı və keyfiyyətində artım müşahidə edilib.
Davamı →

Kişi sağlamlığı üçün vacib olan vitaminlər

Heç kim inkar etməyəcək ki, vitaminlər insan orqanizmi üçün olduqca vacibdir. Demək olar ki, bütün biokimyəvi proseslər orqanizmdə bu və ya digər vitamin və mikroelementlərin iştirakı ilə həyata keçir. Kişi orqanizmi spesifik olduğu üçün kişi sağlamlığını saxlamaq üçün bəzi vitaminlər vacibdir. Üstəlik kişilər daha çox alkoqol və siqaretdən istifadə etdikləri üçün (bunlar sizi ölümə aparır) orqanizmləri daha çox yük altında olur.

Aktiv cinsi həyat üçün
Potensiya və nəsilartırma funksiyanızı saxlamaq üçün sizə vacib olan vitaminlər:
Vitamin A və provitamin karotin. Penis üçün faydalıdır. Nəsilartırma funksiyasında iştirak edir. Kök, balqabaq, şirin bibər, sitrus meyvələri, göyərti, pomidor, qaraciyər, yumurtanın sarısı və süddə boldur.
Davamı →

Prostatın sağlamlığı üçün vacib olan 5 əsas faktor

Prostat vəzi kişilərin ən vacib orqanlarından biridir. 40 yaşından sonra kişiləri incitməyə başlamasının səbəbi prostat vəzində böyümənin baş verməsidir. Prostat vəzində vaxtından əvvəl böyümənin olmaması üçün 5 əsas ünsürüdən vaxtında və düzənli istifadə etmək lazımdır:

1. Selenium. Mütəxəssislər gün ərzində qidadan əlavə 200 mq selenium qəbul edən kişilərdə prostat vəzi xəstəliklərinə və xərçənginə yaxalanma riskinin minimum olduğunu təsdiqləmuşlər. Selenium ən çox fındığın, sağımsağın, göbələyin tərkibində olur.
Davamı →

Keçəl kişilər təhlükədədir!

Mütəxəssislərin müşahidələrinə bütün dünyada ildən ilə prostat vəzi xərçəngi halları artmaqdadır. Health.usnews.com saytının ekspertlərinin məlumatına görə, keçəl kişilərdə prostat vəzi xərçənginin riski artımış olur.

Aşkar olunub ki, 45 yaşına qədər xeyli keçəlləşmiş kişilərdə saçlarla problem yaşamayan kişilərlə müqayisədə prostat vəzi xərçənginin riski 40% artmış olur. Cavan kişilərdə yaşlı kişilərlə müqayisədə prostat vəzi xərçəngi daha ağır keçir və daha tez-tez hallarda ölümə səbəb olur.
Davamı →

Kişi gücünü artıran otlar

Bəzi bitkilər xalq təbabətində kişi gücünü artırmaq və sonsuzluğu müalicə etmək üçün istifadə olunur. Təbii ki, bu bitkilər əsas müalicə ilə yanaşı istifadə oluna bilər. Bu bitkilər arasında:

Ginko biloba
Bu bitki orqanizmdə qan dövranını yaxşılaşdırmaq və qanı oksigenlə zənginləşdirmək xüsusiyyətlərə malikdir. Araşdırmalar göstərib ki, ginko biloba bitkisinin tinkturasını qəbul edən kişilərin əksər hissəsində potensiyanın (kişi gücü) göstəriciləri yaxşılaşır.

Jenşen
Jenşen insanda enerjinin artmasına, fizki gücün bərpasına kömək edir. Bu bitki qədim zamanlardan potensiyanı artıran vasitə kimi tanınır və istifadə olunur.
Davamı →

Kişi klimaksı

Kişi və ya qadın olmasından asılı olmayaraq, hər bir insan orqanizmi yaşa uyğun dəyişikliklərə məruz qalır. Bir çox insanlar arasında belə bir fikir vardır ki, klimaks dövrü yalnız qadınlarda baş verir.

Həqiqətdə isə bu heç də belə deyildir. Klimaks dövrü kişilərdə də olur. Sadəcə olaraq bu dövr kişilərdə daha gec yaşlarında baş verir və adətən qadınlara nisbətən daha az əlamətlərlə müşayiət olunur. 

Adətən, kişi klimaksı 60 yaşlarında özünü büruzə verməyə başlayır. Bu dövrdə kişi orqanizmində kişi cinsi hormonu olan testosteronun hazırlanması azalmağa başlayır. Testosteron hormonu özünün əsas cinsi hormon olması vəzifəsindən başqa, kişi orqanizminin bir çox orqan və sistemlərinin (ürək-qan qamar, sinir, sidik-cinsiyyət, endokrin və digər) fəaliyyətinə nəzarət edilməsində də iştirak edir.
Davamı →

Yağlı qidaların kişi sağlamlığına ziyanı

Şimali Karolina Universiteti (ABŞ) alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, yağlarla zəngin olan qidalanma, xüsusilə yağlı ət və pendir növlərinin çoxlu miqdarda qəbulu, kişilərdə prostat vəzi xərçəngnin ən ağır formalarının inkişafına təkan verir.

Alimlər 5 il ərzində 2000-ə yaxın prostat vəzi xərçəngi olan kişilərə nəzarət ediblər, onların qidalanmasını, həyat tərzini araşdırıblar.

Nəticədə alimlər belə qərara gəliblər ki, qidalanmasına daha çox polidoymamış yağlar olan (məsələn, balıq, qoz və s. kimi məhsullar) kişilərdə prostat vəzi xərçənginin daha yüngül formaları inkişaf edirdi. Əksinə tez-tez yağlı ət, yağlı pendir kimi məhsulları qəbul edən kişilərdə prostat vəzi xərçənginin ən ağır formalarına rast gəlinirdi.

Həmçinin qanda xolesterinin səviyyəsini aşağı salan «statin» preparatları qəbul edən kişilərdə də bu xəstəliyin ağır formalarının inkişafı riski daha aşağı idi. Bu yaxınlarda keçirilmiş digər araşdırma göstərib ki, statin preparatların qəbulu prostat vəzi xərçənginin müalicəsində istifadə oluna bilər və müalicəni daha effektli edə bilər.
Davamı →