Kişidəki qadın xüsusiyyətləri

Son zamanlarda “köhnə kişilər” sözünü eşitməmiş olmazsınız; “onlar belə etməzdi, onlar belə deyildi” tipli cümlələrin mübtədası kimi. Bu cümlələr nə qədər şablon səslənsə də, həqiqətdir. Əvvəllər qadınlar üçün nəzərdə tutulan anlayışlar indi kişilər üçün də keçərlidir. Bir sözlə, “indiki kişilər”də qadına məxsus xüsusiyyətlər var…

Sevgi onlar üçün də vacibdir
zəmanə kişisiƏvvəllər kişilərin geniş dost dairəsi olardı, oturub söhbət edər, vaxtlarının çox hissəsini birlikdə keçirərdilər. Amma zaman elə dəyişib ki, heç kimin iş-gücdən  vaxtı qalmır kimləsə görüşsün. Ona görə də dost dairələri kiçilib, tənhalıq xəstəliyə çevrilib və beləcə kişilərin sevgi münasibətlərinə marağı artıb. Kişilər münasibətlərindəki problemləri çox az insanla paylaşmaqlarına baxmayaraq onların həllinə qadınlar qədər cəhd göstərir, necə davranmaq və danışmaq lazım olduğu haqda düşünür, sevgililərinin dediyi sözlərin mənasını başa düşməyə çalışırlar.

Xarici görünüşlərini də düşünürlər
Kişilərin qadınların geyim, makiyaj, gözəllik ehtirasına istehza ilə baxdığı günlər geridə qaldı. Müasir kişi təkcə geyiminə fikir verməklə qalmır, saçlarına və dərisinə də qulluq edir. Yəni indi qadınlar kimi kişilər də “imic”, “stil” yaratmağa cəhd edir, yeni çıxan ətirlərin, dəbin izinə düşürlər.

Alış-verişi sevirlər
Qadınların nə qədər “alış-veriş xəstəsi” olduğundan hər kəs xəbərdardır. Bəs kişilərin də alış-verişi sevdiyini desək necə? Qadınlar istədiyi geyimi almaq üçün onlarla mağaza gəzə bilər, öz istədiyini tapmasa belə, axtarışa davam edər, geyinər, soyunar, yorulmaz! Kişilərsə belə deyil, bir növ içlərindəki “canavar” çox gec oyanır. Sizə kiçik bir ipucu; alış-verişə gedəndə sevgilinizin bəyənəcəyi geyimlərin satıldığı mağazaya girin, qoyun istədiyini geyinsin, çıxarsın, seçib alsın. Sonra onu da götürüb gedin özünüzə lazım olan paltarı almağa. Onda sizə daha sifət turşutmayacaq.


Ardı →